İslam İnqilabının Rəhbəri Novruz bayramı münasibətilə xalqa müraciət etdi
İslam İnqilabının Aliməqamlı Rəhbəri hicri-şəmsi 1401-ci ilin başlanması, Novruz bayramı və kainatın nurlu günəşinin mövludu Həzrət Bəqiyyətullahül-Əzəm İmam Zamanın (ə) viladəti münasibətilə xalqı təbrik ediblər.
Həzrət Ayətullahül-üzma Xamenei söhbətində 1400-cü ili enişli-yoxuşlu bir il hesab edərək buyurmuşlar: "Əhəmiyyətli və böyük prezident seçkiləri arxada qalan ilin ən mühüm hadisələrindən biri idi. Daha bir xalq hökuməti təşki olundu və xalqda ümidləri canlandırdı. O həzrət, 1400-cü ilin digər mühüm hadisələri sırasında koronavirus ilə ciddi qarşılaşmanına və hamı üçün peyvəndlərin verilməsi səbəbindən itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına toxunaraq demişlər: “Elm və texnologiyanın müxtəlif sahələrində bir neçə məhsul istehsal olundu, peykin kosmosa buraxılması və peyvəndlərin hazırlanması o sıradandır. İnqilabın Aliməqamlı Rəhbəri amerikalıların 1400-cü ildə İrana qarşı maksimum təzyiq siyasətdə rüsvayçı məğlubiyyətlərini etiraf etmələrini şirin hadisələrdən biri hesab edib və əlavə ediblər: “Xalqın müqaviməti bu qələbəyə gətirib çıxardı və əslində İran xalqı qalib gəldi”. Həzrət Ayətullaül-üzma Xameninin sözlərinə görə, bütün bu hadisələr İran xalqının təkəbbürlü güclərə qarşı tutduğu yolunun düzgünlüyünü göstərdi. İnqilab Rəhbəri sonra "insanların güzəranının çətinliyni və inflyasiya məsələsini" 1400-cü ilin ən acı məsələsi adlandırıb, yeni ildə iqtisadi problemlərin əlac olunacağına ümidvarlığını bildiriblər. Müraciətinin sonunda İslam İnqilabının Aliməqamlı Rəhbəri 1401-ci ili “biliyə əsaslanan və iş yerləri yaradan istehsal ili” adlandırmışlar. O Həzrətin qeyd etdiyinə görə, İstehsal iqtisadi problemlərin həllinin açarı və iqtisadi çətinliklərdən çıxmağın əsas yoludur, eyni zamanda iqtisadi artım, məşğulluğun artırılması, inflyasiyanın azaldılması, adambaşına düşən gəlirin artırılması, ictimai rifahın yüksəldilməsi və milli özünəinamın və ləyaqətin yüksəldilməsi milli istehsalın səmərəsi hesab olunur. Oxşar xəbərlər
|