Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei mücahid alim Höccətül-İslam Məhəmməd Məhəmmədi Reyşəhrinin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Böyük təssüf və kədərlə mücahid alim Höccətül-İslam Məhəmməd Məhəmmədi Reyşəhrinin vəfatı xəbərini aldım. Bu inqilabçı ruhaninin davamlı çalışmaları, sağlam nəfs və təqvasından xəbərdar olan şəxslər üçün onun itirilməsi acı və qəmli bir hadisədir. Bu rəbbani alimin çoxşaxəli mübarizəsi, o cümlədən, elm, əxlaq, inqilab və idarəetmə sahələrində ixlas və səmimiyyətlə çalışmaları onu misilsiz bir şəxsiyyətə çevirmişdi. Mən on illər ərzində o mərhumla olan tanışlıq dövründə onu həmişə təqvalı və islahatçı kimi müşahidə etmişəm. Ümid edirəm ki, bu dəyərlər onun bağışlanmasına, ilahi mərhəmətə və yüksək dərəcələrə nail olmasına səbəb olacaq. Onun möhtərəm övladlarına, digər yaxınlarına, bütün dostlarına, həmkarlarına, şagirdlərinə və sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm! Oxşar xəbərlər
|