İran Quranın təhqir olunmasına görə İsveçə nota verib
İran İslam Respublikası Quranın təhqir olunmasına görə İsveçə nota verib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsveçin müvəqqəti işlər vəkili Tehranda Xarici İşlər Nazirliyinə çağırılıb. İsveçdə Quranın təhqir edilməsilə bağlı bu ölkənin müvəqqəti işlər vəkilinə etiraz notası təqdim olunub. Bu arada İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, ölkəsinin, edilmiş təhqirlə bağlı İsveçdən təcili addımlar gözlədiyini bildirib. “Mübarək Ramazan ayında təhqiredici addımları bilə- bilə təkrarlamaq İsveçdə və dünyanın digər ölkələrində müsəlmanların hisslərinə toxunmaqdır. Təcili, sərt və açıq-aşkar reaksiyanın verilməsini, bu təhqiredici işləri törədənlərin cəzalandırılmasını gözləyirik”, deyə o əlavə edib. Oxşar xəbərlər
|