Ayətullah Sistanidən məsciddəki terrora reaksiya
Mьəllif: Admin
Tarix: 23-04-2022, 11:59
Bцlmə: Xəbərlər
Ayətullah Sistanidən məsciddəki terrora reaksiya
Böyük mərcə, Ayətullah Üzma Seyid Sistani Əfqanıstanın Məzari-Şərif şəhərində, məsciddə törədilən terror aktını pisləyən bəyanat yayıb.

Ayətullah Sistaninin dəftərxanasından yayılan bəyanatda deyilir:

“Allahın salamı və bərəkəti, siz Əfqanıstanın Məzari-Şərif şəhərində mömin qardaş və bacılarımızın üzərinə olsun.

Terror qruplaşması (İŞİD) növbəti dəfə dəhşətli cinayət törədərək Məzari-Şərifdə günahsız namaz qılanları (Seh Dekan məscidi) hədəfə alıb, onların çoxunu qətlə yetirmişdir.

Bu faciədə şəhid olanların ailələrinə başsağlığı verməklə yanaşı, Uca Allahdan onlar üçün səbr diləyir, xəsarət alanlara və yaralananlara isə şəfa diləyirik.

Sevimli Əfqanıstan ölkəsindəki mövcud vəziyyəti nəzərə alaraq, biz bütün din qardaşlarımızı bu cür ağrılı faciələrin təkrarlanmasının qarşısını almaq üçün daha ayıq olmağa və təhlükəsizliyinin qorunmasına cavabdeh olan şəxslərlə əməkdaşlıq etməyə çağırırıq.

Uca Allahdan Əfqanıstanın şərəfli millətinin şərəf və ləyaqətini əbədiləşdirməsini diləyirik.

Nəcəfül Əşrəf, Ayətullah Sistaninin dəftərxanası.”

Qeyd edək ki, dünən Əfqanıstanın Məzari Şərif şəhərində məsciddə dəhşətli terror aktı törədilib.
(Az.shafaqna.com)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031