Bəşər Əsəd Ayətullah Xamenei ilə görüşüb
İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei bu gün Suriya dövlət başçısı və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Ayətullah Xamenei görüş zamanı bildirib ki, bu gün keçmişlə müqayisədə Suriyaya inam, güvən qat-qat artıb. İnqilab Rəhbəri həmçinin əlavə edib ki, iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması üçün hər zamankından daha çox səy göstərilməlidir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Suriya prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə, Suriya xalqı və quruluşunun müqavimətinin beynəlxalq müharibədə qələbəyə səbəb olmasından sonra beynəlxalq arenada Suriya dövlətinə güvənin artdığını vurğulayıb. Ali Məqamlı Rəhbər Suriyanın siyasi və hərbi sahədə əldə etdiyi böyük nailiyyətlərə toxunaraq deyib: Bu gün Suriya müharibədən əvvəlki Suriya deyil, baxmayaraq ki, o zaman xarabalıqlar yox idi, amma indi Suriyanın hörməti, nüfuzu keçmişdən qat-qat yüksəkdir və hamı bu ölkəni bir güc kimi görür. Oxşar xəbərlər
|