İbrahim Rəisi: NATO-nun genişlənməsinin əleyhinəyik
“İran müharibə və qarşıdurma ilə müxalif olduğu kimi, NATO-nun genişlənmə siyasətinin də qəti əleyhinədir”.
SalamNews İRNA-a istinadən xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Polşanın xarici işlər nazirini Tehranda qəbul edərkən deyib. İbrahim Rəisi bildirib ki, İran müharibənin əleyhinə olduğu kimi NATO-nun genişlənməsinin də əleyhinədir. “İran və Polşanın tarixi əlaqələrinin keçmişi iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün yaxşı zəmin ola bilər”, deyə Rəisi əlavə edib. Polşanın Xarici İşlər naziri Zbiqnev Rau da öz növbəsində bunları dilə gətirib: “İran və Polşa arasında beş əsrə yaxın dostluq əlaqələri var və iki ölkə münasibətlərində ən yadda qalan mərhələlərdən biri İkinci Dünya Müharibəsi zamanı iranlıların polşalı qaçqınlara qarşı qonaqpərvərliyidir. Biz İranla əməkdaşlığı canlandırmaq və səviyyəsini yüksəltmək istəyirik”. Oxşar xəbərlər
|