Ayətullah Xamenei İrana qarşı sanksiyaların məqsədi barədə
Mьəllif: Admin
Tarix: 9-05-2022, 22:35
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İrana qarşı sanksiyaların məqsədi barədə
“Bütün bu sanksiyaların və bəyanatların məqsədi budur ki, ölkədə istehsal dayansın”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamanei ölkənin bir qrup istehsalçıları və fəhlə ictimaiyyəti nümayəndələri ilə görüşündə deyib.

Ayətullah Xamenei bu görüşdə fəhlələrin ölkənin iqtisadi, ictimai və hətta hərbi sənayesində olan rolunun əhəmiyyətindən danışıb və ölkədə istehsal prosesinin vəziyyətinə diqqət çəkib.

O bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyalarından məqsəd müxtəlif sahələrdəki istehsalı dayandırmaqdır.

“İslam İnqilabının əvvəlindən hegemonların siyasəti bu olub. Xüsusilə də son 10-15 il ərzində ölkənin istehsal gücünün dayandırılması ilə bağlı siyasətləri açıq-aşkar bəlli oldu. Bu düşmənin siyasətidir”, deyə Ayətullah Xamenei əlavə edib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031