İran Ukraynada və dünyanın istənilən nöqtəsində müharibəyə qarşıdır
Mьəllif: Admin
Tarix: 9-05-2022, 22:36
Bцlmə: Xəbərlər
İran Ukraynada və dünyanın istənilən nöqtəsində müharibəyə qarşıdır
İranın xarici işlər naziri deyib ki, Ukrayna-Rusiya siyasi müzakirələri müharibənin tez bir zamanda dayandırılması və Ukraynada atəşkəsin bərqərarı ilə nəticələnməlidir.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Hüseyn Əmir-Abdullahian polyak həmkarı Zbiqnev Rao ilə görüşdən sonra, birgə mətbuat konfransında bildirib ki, İran İslam Respublikası Ukraynada və dünyanın istənilən nöqtəsində müharibəyə qarşıdır.

O, əlavə edib: İran İraq, Əfqanıstan, Yəmən və Suriyada, həmçinin dünyanın hər bir nöqtəsində müharibəyə qarşı çıxmaqla yanaşı, bu qənaətdədir ki, Ukraynada böhranın həll yolu, siyasidir və siyasi müzakirələr müharibənin tez bir zamanda dayandırılması və bu ölkədə atəşkəsin bərqərarı ilə nəticələnməlidir.

Əmir-Abdullahian həmçinin Ukrayna xarici işlər naziri ilə telefon əlaqələrinə işarə ilə qeyd edib ki, üç dəfə Ukrayna xarici işlər naziri ilə bu ölkə hadisələri barədə telefonla söhbət edib və Rusiyanın xarici işlər naziri ilə iki etapda görüşüb və Ukrayna xarici işlər nazirinin atəşkəs xahişi və Rusiyanın diplomatiya aparatının başçısı ilə danışıqlara hazırlığını elan edib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031