Müsəlman Alimlər Birliyi İslam ölkələrini Məscidül-Əqsanı müdafiə etməyə çağırıb
Müsəlman Alimlər Birliyi İslam ölkələrinin liderlərini və xalqlarını işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsanı müdafiə etməyə çağırıb.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, birliyin baş katibi Əli əl-Karadaği verdiyi yazılı açıqlamada, fanatik yəhudilərin Məscidül-Əqsaya basqın edərək həyata keçirdikləri təxribatçı hərəkətləri pislədiklərini bildirib. Karadaği müsəlman liderləri və xalqları birinci qiblə olan Məscidül-Əqsanı müdafiə etməyə çağırıb və "İşğalçıların Əqsa və Qüds xalqına qarşı hücumlarının qarşısını almaq üçün hər cür səy göstərilməsini" tələb edib. Dünyanı və beynəlxalq insan haqları təşkilatlarını fələstinlilərin hüquqlarının yanında olmağa çağıran Karadaği: "Məscidül-Əqsa, Qüds və bütün işğal olunmuş Fələstin torpaqları müsəlmanlara əmanətdir. Onlar Allah qarşısında və gələcək nəsillər qarşısında bu əmanətlərdən məsuldurlar", - deyə bildirib. Oxşar xəbərlər
|