Ərdoğan: "İrana qarşı sanksiyaların əleyhinəyik"
Biz İrana qarşı sanksiyaların əleyhinəyik.
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ilə görüşdə deyib. O bildirib ki, İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir: “Biz həmişə İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olmuşuq və olacağıq. Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana sərmayə qoymağa təşviq edirik”. O qeyd edib ki, Suriyada terrorçu qruplaşmalar Almaniya, İngiltərə, Fransa və xüsusilə də ABŞ kimi Qərb dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənir: “Türkiyənin Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir, biz Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik”. Ərdoğan deyib ki, Tehranda keçiriləcək Astana prosesi sammitində Suriya məsələsi gündəmdədir və yaxşı nəticələr əldə edəcəklərinə ümid edirlər. Oxşar xəbərlər
|