Türkiyə Prezidenti Ayətullah Xamenei ilə görüşüb
Mьəllif: Admin
Tarix: 20-07-2022, 10:43
Bцlmə: Xəbərlər
Türkiyə Prezidenti Ayətullah Xamenei ilə görüşüb
İslam İnqilabının Rəhbəri İmam Xamenei Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında, xüsusilə ticarət sahəsində əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıb.

İslam İnqilabının Rəhbəri İmam Xamenei Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulu zamanı iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın həcminin və keyfiyyətinin indiki imkanlardan çox uzaq olduğunu vurğulayara deyib: “Bu məsələ prezidentlər arasında danışıqlar zamanı öz həllini tapmalıdır.”

İslam İnqilabının Rəhbəri bildirib: İslam ümmətinin izzət və əzəmətini özbaşına qarşıdurmaları geridə qoymaq və separatçı siyasətlərə qarşı ayıq qalmaqla qorumaq olar. Bölgədəki ixtilaf və düşmənçiliyin səbəblərindən biri Amerikanın dəstəklədiyi qəsbkar sionist rejimdir”.

İmam Xamenei çıxışının davamında Fələstini İslam dünyasının ilk məsələsi kimi dəyərləndirərək vurğulayıb: “Bəzi hökumətlər sionist rejimə yaxın olsalar da, xalqlar bu qəsbkar rejimə şiddətlə müqavimət göstərirlər.”

İslam İnqilabının Rəhbəri Amerika və sionist rejimə etibar edilməməsi lazım olduğunu vurğulayaraq deyib: “Bu gün nə sionist rejim, nə Amerika, nə də başqası fələstinlilərin dərin hərəkatının qarşısını ala bilməyəcək və nəticə Fələstin xalqının xeyrinə olacaq.”

İmam Xamenei çıxışının davamında Suriyanın ərazi bütövlüyü məsələsini də çox vacib hesab edib və Suriyaya hər hansı hərbi hücumla bağlı bəzi sözlərə işarə edərək deyib: “Bu, şübhəsiz ki, Suriya, Türkiyə və regionun ziyanınadır. Suriya hökumətinin siyasi gözləntisini də gerçəkləşdirməyəcəkdir”.

İnqilab rəhbəri Türkiyə prezidentinin terror qruplaşmalarına qarşı nifrətinə toxunaraq, "Terrora qarşı çıxmaq lazımdır, lakin terrorçular da konkret qrupla məhdudlaşmır. Suriyaya hərbi hücum terrorçuların xeyrinə olacaq" – deyə vurğulayıb.

İslam İnqilabının Rəhbəri Türkiyə prezidentinin terror təşkilatları ilə mübarizədə İranla əməkdaşlıq istəyinə cavab olaraq, “Terrorla mübarizədə sizinlə mütləq əməkdaşlıq edəcəyik” deyib.

İmam Xamenei "Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Suriyanın təhlükəsizliyini də öz təhlükəsizliyiniz kimi qəbul edin. Suriya problemləri İran, Türkiyə, Suriya və Rusiya ilə dialoq yolu ilə həll edilməlidir" - deyə bildirib.

İslam İnqilabının Rəhbəri Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib: “Əlbəttə, mövzu İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bu günə qədər min illiklərlə istifadə edilən rabitə yoludur."

İslam İnqilabının Rəhbəri İran və Türkiyə arasında əməkdaşlığın artırılmasını bütün regional məsələlərdə faydalı və zəruri adlandıraraq deyib: “Biz həmişə sizin hökumətinizi daxili məsələlərdə və müdaxilələrə qarşı müdafiə etmişik və sizin dediyiniz kimi, çətin günlərdə bir-birimizin dostuyuq və Türkiyə müsəlman xalqı üçün dua edirik."

Prezident Seyyid İbrahim Rəisinin də iştirak etdiyi bu toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban və Qədir bayramlarını təbrik edərək, İslam ümmətinin bir araya gəlməsini və İran və Türkiyə arasında həmrəyliyin güclənməsini vurğulayıb. O, Türkiyənin İrana qarşı haqsızlıqlara səssiz qalmadığını, İran və Türkiyə qardaşlığının hər sahədə inkişaf etdirilməsi lazım olduğunu bildirib.

İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olduğunu və hər zaman da olacağını vurğulayan Ərdoğan, "Birgə Hərtərəfli Fəaliyyət Planında İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana investisiya qoymağa təşviq edirik" deyib.

Türkiyə prezidenti İran və Türkiyə arasında terrorçularla uzun müddətdir davam edən qarşıdurmalara toxunaraq deyib: “Suriyadakı terror təşkilatları Almaniya, İngiltərə, Fransa və xüsusilə ABŞ kimi Qərb ölkələrinin ağır silahları ilə dəstəklənir.”

Türkiyənin Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin aydın olduğunu ifadə edən Ərdoğan deyib: “Suriya hökumətinin siyasi prosesləri başlatmasını gözləyirik. Astana sammitində Suriya məsələsi gündəmdədir və ümid edirik ki, yaxşı nəticələr əldə edəcəyik”.
(Rasthaber)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031