Avstraliyalı deputat ölkədəki hicablı xanımlara öz dəstəyini ifadə edib
Mьəllif: Admin
Tarix: 30-07-2022, 22:42
Bцlmə: Xəbərlər
Avstraliyalı deputat ölkədəki hicablı xanımlara öz dəstəyini ifadə edib
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın qərbindən olan 27 yaşlı senator Fatimə Peyman ilk dəfə olaraq parlament üzvləri qarşısında çıxış edib və bu çıxışı zamanı öz dini kimliyini xatırladıb.

“Yüz il öncə və hətta 10 il öncə hicablı bir qadının parlamentə seçiləcəyini təsəvvür etmək olardımı?“, - deyə o qeyd edib.

“Mən istəyirəm ki, hicab taxmaq qərarına gəlmiş gənc qızlar bunu qürurla və onların buna hüquqlarının olduğunu bilərək etsinlər“, - deyə Fatimə Peyman bildirib.

Qeyd edək ki, Fatimə Peyman 1995-ci ildə Əfqanıstanın paytaxtı Kabildə həzara ailəsində anadan olub. 2003-cü ildə isə ailəsi birlikdə Avstraliyaya köçməli olublar.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031