"Müsəlmanlar ibadətlərə təşviq edildiyi kimi, elmə də təşviq edilməlidirlər"
Mьəllif: admin1
Tarix: 11-10-2014, 17:05
Bцlmə: Xəbərlər
"Müsəlmanlar ibadətlərə təşviq edildiyi kimi, elmə də təşviq edilməlidirlər"

"İslam ümməti olaraq, üzləşdiyimiz sıxıntılar və müvəffəqiyyətsizliklərimizi xarici qüvvələrin üstünə atmamalıyıq"
İslamazeri.az-ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Əhli-Beyt (ə) şəhəri olan Qətifin Cümə xətibi Höccətul-İslam Şeyx Həsən Saffar İslam dininin elmə verdiyi dəyərdən danışıb:

"İslam ümməti həyatı asanlaşdıracaq və problemlərə həll təqdim edəcək, bəşəriyyətin inkişafına vəsilə olacaq yeni mədəniyyətə ciddi formada ehtiyac duyur. İslam dini namaza və həccə əhəmiyyət verdiyi kimi, yaradılış aləmi üzərində təfəkkür edib yaradılışın sirlərinə çatmağa da əhəmiyyət verir.

Din alimləri insanları ibadətlərə təşviq etdikləri kimi, elmi layihələr hazırlamağa da təşviq etməlidirlər. Təəssüf ki, elmi mənada İslam ümməti başqalarının naliyyətlərindən istifadə etməklə kifayətlənir.

Niyə ümmət tarixi qarşıdurmalara zamanlarını sərf etmək əvəzinə elmi inkişafla məşğul deyil?!

Daha məğlubiyyət və müvəffəqiyyətsizliklərimizi xaricilərin üstünə atmaqdan əl çəkməliyik. Ağıllı xalqlar müvəffəqiyyətsizlik zamanı özlərini cəzalandırarlar. Əgər bu gün İslam ümmətində də geri qalmışlıq varsa - elə vardır da - ümmət özünə gəlməlidir və özünə hakim olan mədəniyyəti nəzərdən keçirməlidir. Həqiqətən yaşadığı mədəniyyət İslamdırmı, bunu araşdırmalıdır! Müvəffəqiyyətsizliyini başqalarında görən bir cəmiyyətin müvəffəqiyyətlə tanış olması qeyri-mümkündür!"
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930