Kin saxlamaq və onun müalicə üsulları
Mьəllif: Admin
Tarix: 20-08-2022, 09:59
Bцlmə: Xəbərlər
Kin saxlamaq və onun müalicə üsulları
Bəlkə də başınıza gəlib ki, birindən o qədər inciyirsiniz ki, bu məsələ bir neçə saat, gün, ay və daha təhlükəli hallarda sizin zehninizi məşğul edir və həyatınıza təsir edərək kin-küdurətə çevrilir.

Kin-küdurət insanda zərərli şəkildə formalaşıb, insanın vəziyyətini xoşagəlməz hala gətirən, basdırılmış insan qəzəbinin bir növüdür. Ağıl mənfi enerji və hisslə məşğul olduqda, insan həyatında müsbət funksiyalarını itirir. Həmçinin həyatın əsas fəaliyyətlərini yerinə yetirməyə kifayət qədər diqqət yetirmir.

Bu hal insanın vaxtını və ömrünü boş yerə sərf olmasına səbəb olur. İnsanı yanlış hərəkətlərə sürükləyir, hətta insanın fiziki və ruhi xəstəliklərə tutulmasına səbəb ola bilər.

Kin-küdurətdən qorunmağın və onu müalicə etməyin yollarından biri də düşüncələrimizin dəlillərini yoxlamaqdır. Belə olan halda, pis bir iş görən şəxsin həqiqətən də bunu niyyət etdiyini və ya bu düşüncələrin beynimizin məhsulu olduğunu öyrənəcəyik.

Kin saxlamağın qarşısını almağın ən yaxşı yolu "Fussilət" surəsinin 34-cü ayəsində gəlib ki, nəzakətli və xoş rəftarı tövsiyə edir. Bu ayədə Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!".

Başqalarının pis rəftarlarına qarşı səbir və dözümlü olmaq Quranın tövsiyə etdiyi başqa bir həll yoludur: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər" (Furqan, 63). Yəni başqalarının pis rəftarları qarşısında səbirli olmaq lazımdır.

Hədiyyə vermək kin saxlamağın müalicəsi üçün üçüncü dini həll yoludur. Necə ki, Həzrət Məhəmməd (s) bu barədə buyurur: “Bir-birimizin qəlbində sevgi yaratmağın ən yaxşı yollarından biri hədiyyə verməkdir və bununla da başqalarının kin saxlamasına imkan verməyəcəyik”.

Heç vaxt başqalarının pis rəftarını özümüzə aid etməməli və bir damla qanla bulaşan stəkan olmamalıyıq. Varlığımızdakı bütün çirkləri təmizləyə bilən bir dəniz olmalıyıq.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031