Ayətullah Naseri haqqın rəhmətinə qovuşdu
Mьəllif: Admin
Tarix: 26-08-2022, 15:53
Bцlmə: Xəbərlər
Ayətullah Naseri haqqın rəhmətinə qovuşdu
Böyük əxlaq ustadı, dəyərli alim Ayətullah Məhəmmədəli Naseri Haqqın rəhmətinə qovuşub.

İslamazeri.com xəbər verir ki, böyük alim bu gün 92 yaşında vəfat edib.

Bu irfan əhli olan alim hicri-şəmsi tarixi ilə 1309-cu ildə İsfahanda anadan olub. İbtidai dini təhsilini İsfahanın dini elmi hövzəsində öyrənib və 14 yaşında dini elmləri daha dərindən öyrənmək üçün Nəcəful-Əşrəf şəhərinə hircrət edib. Nəcəfin Sədr mədrəsəsində dini təhsil alıb.

O, Məhəmməd Kufi, Seyid Məhəmməd Kəşmiri, Şeyx Abbas Quçani, Seyid Haşim Həddad, Seyid Cəmaləddin Gülpayqani, Əllamə Təbatəbai, Məhəmməd İsmail Dulabi və Ayətullah Behcət kimi şəxsiyyətlərdən təfsir, hədis, fiqh, əxlaq və irfan öyrənmişdir.

Şeyx Əli Behcət deyir: Heç kəs Ayətullah Behcət ilə Ayətullah Nasiri qədər yaxın və səmimi olmayıb.

Ayətullah Nasiri Quran və Əhli-Beyt (ə) maarifinin yayılmasında yüzlərlə saat xütbə və çıxışından əlavə “Həyat suyu” (Abi-Həyat; İmam Mehdi barədə çıxışlarının məcmuəsi), “Nurun davamında” (Dər imtitad nur = İmam Mehdi barədə ayələrin təfsiri və təvili), “Bəndəliyin qaydası” (Rəsmi Bəndəgi; İmam Əlinin “müttəqin” xütbəsinin şərhi), “Dost sözü” (Suxəni dust; İmam Mehdi barədə çıxışlarının mətni) kimi yazılı əsərləri var.

“Həzrət Vəliyyi-Əsr elmi dini hövzəsi”, “Sahibəz-Zəman elmi dini hövzəsi”, “Nərcis Xatun Elmi Dini Hövzəsi”, “Həzrət Vəliyyi-Əsr Elektron Elmi Araşdırmalar Mərkəzi”, “İslami Astronomiya Tədqiqat Müəssisəsi”, “Dadul-Hüda maarif müəssisəsi” və “Had elm və mədəniyyət fondu” kimi İslam maarifinə töhfə vermiş elmi-mədəni müəssisələr də İranın İsfahan, Qum və digər şəhərlərində Ayətullah Nasirinin təşəbbüsü ilə yaradılmış və onun nəzarəti ilə fəaliyyət göstərmişlər.

Onun əməl dəftərində təkcə elmi və mədəni maarifləndirmə deyil, həm də cəmiyyətdə xidmət fəaliyyətləri də yazılmışdır. O, aztəminatlı insanlara xidmət göstərmək üçün müxtəlif sağlamlıq və müalicə mərkəzləri, o cümlədən böyrək çatışmazlığı olan xəstələr üçün müxtəlif xəstəxanalarda diyaliz bölmələri, təcili tibbi yardım bölməsi və sair təsis etmişdir.

Allah rəhmət eləsin!
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031