Bağdad hadisələri ilə bağlı Həşd Şabidən AÇIQLAMA
İraqdakı Həşdi Şabi lideri Falih əl-Fəyyad Bağdadda Yaşıl Zonada baş verənlərlə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, İraq mediasının məlumatına görə, Falih əl-Feyyad tərəfləri sakitlik və təmkinli olmağa çağırıb və ölkədəki siyasi prosesləri dəstəkləməyə davam edəcəyini qeyd edərək deyib: “İraq xalqına söz veririk ki, siyasi prosesi dəstəkləyəcəyik və müvafiq qurumlar vasitəsilə onu qoruyacağıq”. "Biz konstitusiyaya, qanunlara və seçki qutularına müraciət etməliyik. Bütün siyasi partiyalardan məsuliyyətli davranmalarını xahiş edirəm", - Fəyyad bildirib. Falih əl-Fəyyad qeyd edib ki, Haşd əş-Şabi siyasi ittifaqlardan kənarda qalacaq. Oxşar xəbərlər
|