Netanyahu: Heç yuxumuzda belə, Nəsrullahdan icazə istəyəcəyimizi düşünməzdik
Netanyahu Livanla dəniz sərhədlərinin çəkilməsinə dair razılaşmanı Təl-Əvivin Hizbullaha tarixi təslim olması kimi qiymətləndirib və deyib: "Heç ağlımıza da gəlməzdi ki, qaz çıxarmaq üçün Nəsrullahdan icazə almalıyıq."
Az.rasthaber.com xəbər verir ki, sionist rejimin keçmiş baş naziri və Likud müxalifət partiyasının rəhbəri Benyamin Netanyahu bu rejimin hazırkı baş naziri Yair Lapidi sərt tənqid etməklə yanaşı, Livanla dəniz sərhədinin demarkasiyası razılaşmasının tamamlanmasını tarixi bir təslimiyyət adlandırıb. Sionist rejimin Haft TV saytının xəbərinə görə, Netanyahu bununla bağlı deyib: "On ildən artıqdır ki, mənim rəhbərlik etdiyim hökümətdə Seyid Həsən Nəsrullahın təhdidlərinə boyun əyilmədi. Biz müharibəni qəbul etmədik. Lakin Lapid gəldikdən üç ay sonra Lapid Hizbullahın bütün tələblərinə tamamilə təslim oldu. Oxşar xəbərlər
|