İsrailin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 50 min insan qatılıb
İsrail qüvvələri tərəfindən Qüdsün Qədimi şəhərinin girəcəklərində tətbiq edilən məhdudiyyətlərə baxmayaraq əl-Əqsa məscidində cümə namazına 50 min insan qatılıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin İslami Vəqf İdarəsi məlumat yayıb. Bildirilib ki, İsrailin əraziyə əlavə hərbi və təhlükəsizlik qüvələri cəlb etməsi, Qədimi şəhərin və əl-Əqsa məscidi kompleksinin girəcəklərində tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq 50 min inanclı cümə namazına qatılıb. Namaza qatılanlar, İsrailin işğal etdiyi İordan çayının qərb sahili bölgələrindən, habelə İsrailin daxilində olan “48-in əraziləri”ndən gələnlərdir. Bu arada Fələstin Xəbər Agentliyi bildirib ki, şəhərin küçələrində və Məscidül-Əqsa yaxınlığına gətirilən işğalçı qüvvələr məscidin qapılarına yerləşdirilərək, namaz qılanların qarşısını alıb, onların şəxsiyyət vəsiqələrini yoxlayıb və onlarla insanın məscidə namaz qılmaq üçün daxil olmasına mane olublar. Oxşar xəbərlər
|