Yəməndə məscidə hücum edilib, ölən və yaralananlar var
Yəmənin şərqindəki Hadramaut əyalətində cümə namazı zamanı məscidə edilən hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yerli media orqanlarının yaydığı məlumata əsasən, hadisə Hadramaut vilayətinin Yabus rayonundakı məscidində baş verib. Məlumatda məscidə əl qumbarası ilə hücum edildiyi bildirilib. Yerli ''Balkıs TV''-nin təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərdə, hücumda aralarında təcavüzkarın da olduğu 8 nəfərin öldüyü, 20-yə yaxın adamın yaralandığı qeyd olunub. Bombanı işə saldıqdan sonra qaçmağa çalışan təcavüzkarın rayon sakinlərinin ona atəş açması nəticəsində həyatını itirdiyi bildirilib. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. İran tərəfindən dəstəklənən husilər də Yəmənin Hudeyda əyalətinin cənubundakı ər-Rəvn qəsəbəsindəki məscidi pilotsuz uçuş aparatı ilə hədəfə almışdı. Cümə namazı zamanı həyata keçirilən hücum nəticəsində 1 nəfər ölmüşdü, 3 nəfər yaralanmışdı. Yəmənin paytaxtı Səna və bəzi bölgələri 2014-cü ilin sentyabr ayından etibarən İran tərəfindən dəstəklənən husilərin nəzarətindədir. Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən husilərlə mübarizə çərçivəsində Yəmən hökumətinə dəstək verir. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq aprelin 2-də Yəmən hökuməti ilə husilərin hava, quru və dəniz əməliyyatlarını 2 ay müddətinə dayandırmaq barədə razılığa gəldiyini və daha sonra atəşkəsin iki dəfə uzadıldığını açıqlamışdı. Yəmən hökuməti ilə husilər arasında 6 aydır davam edən atəşkəs oktyabrın 2-də sona çatmışdı. Ölkədə illərdir davam edən qarşıdurmalar nəticəsində 377 minə yaxın insan həyatını itirib. Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə ciddi humanitar böhran yaşanır. Oxşar xəbərlər
|