Liviyada Quranı əzbərləmənin məşhur ənənəvi üsulu
"İQNA", "Əl-Ğamyə"-yə istinadən xəbər verir ki, Bəni Vəlid şəhərində Qurani-Kərimin əzbərlənməsi, qiraəti və tərənnümü mərkəzi Liviyanın ən mühüm və ən qədim dini mərkəzlərindən biri hesab olunur.
Bu üsulda Qurani-Kərim xüsusi taxta lövhələrə yazılaraq əzbərlənir. Sözügedən lövhə zeytun ağacından və mürəkkəb də yandırılmış yunun su ilə qarışdırılaraq hazırlanır. Sonra bu taxta lövhələrə qamış və mürəkkəbdən istifadə edilməklə Qurani-Kərimin ayələri yazılır. “Zübeydat Qurani-Kərimi Hifz Etmə Mərkəzi” il ərzində çoxlu sayda uşaq və yeniyetmənin Quranı əzbərləməsi və ya əzbərlədiyi ayə və surələri nəzərdən keçirməsinin şahidi olub. Oxşar xəbərlər
|