Səudiyyənin Kəbəylə bağlı yeni qərarı müsəlmanları qəzəbləndirib
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Ər-Riyad şəhərində Kəbəyə bənzəyən bir bina tikmək qərarı səudiyyəliləri və dünyanın digər ölkələrindəki müsəlmanları qəzəbləndirib.
İslamazeri.com xəbər verir ki, Kiberməkan istifadəçiləri və müsəlmanlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Ər-Riyadın mərkəzində Kəbəyə bənzəyən bir bina tikmək qərarını tənqid edərək bildiriblər: "Bu kvadrat və kub formalı binanın görünüşü Müqəddəs Kəbəyə bənzəyir". İstifadəçilər təəccüblə deyiblər ki, İbn Salman bu ölkədə bu siyasəti həyata keçirdikdən sonra nə qədər irəli gedəcək!? Turki Əl-Şalhub adlı sosial şəbəkə istifadəçisi Twitter-də yazıb: "İbn Salmanın Ər-Riyadda tikdirdiyi layihəsində marketlər, restoranlar və əyləncə yerləri olan bina kvadrat şəklindədir və Müqəddəs Kəbəyə bənzəyir". Jacqueline Əl-Qahtani də öz tvitində mübahisəli addımların davam etdiyini bildirərək deyib: "Vəliəhd Ər-Riyadda istirahət üçün Kəbəni xatırladan kub şəklində bina tikməyi planlaşdırır. İbn Salman dəli olub?" Həmud Əbu Mismar da tvitində Əbrəhənin keçmişdə Kəbəni dağıtmaq istədiyini yazıb. Bu gün "Nəcdin Əbrəhəsi" və "Dəriyyənin Əbrəhəsi" adlandırılan vəliəhd fahişəliyi və fitnə-fəsadı təbliğ etmək üçün fəsadların qibləsinə çevriləcək kub şəklində bir bina tikməyi planlaşdırır! Ey Məhəmmədin ümməti! Bu binanın tikintisini pislə və onu inşa edənləri ilahi əzabdan xəbərdar et! Şahov Əz-Zəmən Səudiyyə vəliəhdinin din və alimlərlə mübarizə, qocaları edam etmək və məhbuslara işgəncə verməkdəki hərəkətlərinə toxunaraq dedi: "Bu hərəkətlər kifayət etmədi! İndi kub şəklində bir bina tikməyə çalışır! Oxşar xəbərlər
|