Məşhur amerikalı keşiş İslam dinini qəbul edib
Mьəllif: Admin
Tarix: 3-03-2023, 11:03
Bцlmə: Xəbərlər
Məşhur amerikalı keşiş İslam dinini qəbul edib
Məşhur amerikalı keşişin İslamı qəbul etməsi xristian və islam dairələrində böyük əks-səda doğurub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, məşhur amerikalı keşiş Hilarion Haqinin İslamı qəbul etməsi böyük təsir bağışlayıb.

Kaliforniyada yaşayan keçmiş rus pravoslav keşişi Hilarion Haqi, onu səbirli və mehriban hesab edən ardıcılları arasında böyük hörmətə malikdir.

Adını Səid Əbdül-Lətif olaraq dəyişdirən Haqi öz bloqunda İslamı qəbul etməsi ilə bağlı yazıb: “Sən ictimai yerdə keşiş və rahib, təklikdə isə müsəlman ola bilməzsən”.

Haqi əlavə edib ki, İslam alovu onun ruhunu 20 il əvvəl Appalachiadakı kollec şəhərciyindəki kiçik bir İslam mərkəzində alovlandırıb. Amma bu yaxınlarda İslamı qəbul etdiyini açıqladı.

O əlavə etdi: "Orta yaşlı bir keşiş kimi həyatım bu nöqtəyə qədər aydın idi. Bir pastor kimi mükəmməl bir karyeram var idi.

Cəmiyyət tərəfindən qəbul olundum. Bununla belə, mənim daxili inanclarım dəyişdi; İllər əvvəl əkilən toxum çiçək açıb".

Amerikalı müsəlman liderlərindən biri olan Yaser Qazi bu xəbərə cavab olaraq tvitində yazıb: "Evə qayıdış".

Bu yaxınlarda Kaliforniyada Şərqi Xristian monastırı qurmağı planladığını açıqlayan keçmiş xristian keşiş, İslamı qəbul etməsinin əslində dinə qayıdış olduğunu və indi özünü evə gəlmiş kimi hiss etdiyini söylədi.

Haqi elan etdi: "İndi mənim üçün İslam dininə daha dərindən daxil olmaq işi başladı; Daha dərindən öyrənmək, dinə sevgi, ümmətə sevgi və Peyğəmbərə (s) sevgi".

O əlavə edib ki, dünyanın hər yerindən insanlardan ona niyə belə etdiyini soruşan mesajlar və zənglər gəlir.

Qeydinin sonunda Əraf surəsinin 172-ci ayəsini xatırladıb:

«وَإِذْ أَخَذَ رَبُّکَ مِنْ بَنِی آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّیَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّکُمْ قَالُوا بَلَىٰ شَهِدْنَا أَنْ تَقُولُوا یَوْمَ الْقِیَامَةِ إِنَّا کُنَّا عَنْ هَٰذَا غَافِلِین.»

"(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (birbirinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” -soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” -deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”.

İslam dünyada ən sürətlə inkişaf edən dindir və Pew Araşdırma Mərkəzinin məlumatına görə, 2015-2060-cı illərdə müsəlmanların sayı dünya əhalisinin ümumi sayından iki dəfə çox artacaq.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031