Tbilisi cümə məscidində "Qədir Xum " bayramı qeyd olunub (FOTO)
Mьəllif: admin1
Tarix: 13-10-2014, 14:06
Bцlmə: Xəbərlər
Tbilisi cümə məscidində "Qədir Xum " bayramı qeyd olunub (FOTO)

"Qədir Xum" bayramı münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə
"Qədir Xum" bayramı münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə, müsəlmanlar yaşayan Marneuli, Qardabani, Kaspi və digər rayon və kənd məscidlərində mərasimlər keçrilib.

İslamazeri.az xəbər verir ki, Gürcüstan Müsəlmanları İdərəsindən verilən məlumata görə, belə mərasimlərdən biri Tbilisi “Cümə” məscidində qeyd olunub. Tədbir şəhərin müxtəlif qəsəbələrindən, ətraf məntəqələrdən dəvət olunan ruhani, tələbə və dindarların və iranlı və türk qonaqların iştirakı ilə baş tutub.

Bayram tədbiri Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb, daha sonra Gürcüstan Müsəlmanları İdərəsinin şeyxi Ramin İgidov çıxış edib. O, tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra bu gün - "Qədir Xum" hadisəsi və onun əhəmiyyət və fəzilətləri haqqında ətraflı məlumat verib.Məclis, İranın Gürcüstandakı səfirinin təbriki, Al-mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Davud Qəşəminin söhbəti, mədərsə tələbələrinin oxuduğu şeir və ilahilər, məddahların qəsidələri ilə davam edib.

Sonda müsabiqə tərtib olunmuş qaliblərə Qurani-Kərimin azərbaycanca tərcüməsi və "Əli" adına sahib olanlara müxtəlif hədiyyələr təqdim olunub. Mərasimdən sonra tədbir iştirakçıları üçün geniş bayram süfrəsi də açılıb.
Tbilisi cümə məscidində "Qədir Xum " bayramı qeyd olunub (FOTO)

Tbilisi cümə məscidində "Qədir Xum " bayramı qeyd olunub (FOTO)
Tbilisi cümə məscidində "Qədir Xum " bayramı qeyd olunub (FOTO)

Tbilisi cümə məscidində "Qədir Xum " bayramı qeyd olunub (FOTO)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930