İsrail bombardmanları 3457 uşağı qətlə yetirib
İsrail qüvvələri 7 oktyabrdan bəri Qəzza sektorunda 8306 dinc fələstinlini qətlə yetirib.
Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, İsrail bombardmanları zamanı qətlə yetirilənlərin 3457 nəfərini uşaqlar və 2136 nəfərini isə qadınlar təşkil edir. Həmçinin 21048 günahsız fələstinli də yaralanıb. Bundan başqa, 25 xəstəxana sıradan çıxarılıb, 28 təcili tibbi yardım maşını atəşə tutulub. Vurğulanıb ki, İsrail hərbçiləri təcili tibbi yardım maşınlarına qəsdən hücum edirlər və bölgədəki humanitar fəaliyyətə mane olurlar. Xatırladaq ki, İsrail onlarla məscidi də bombalayaraq dağıdıb. Oxşar xəbərlər
|