Yeni müsəlman olmuş norveçli qadın yaşadıqlarından danışır
İsveçin Göteborq şəhərində yaşayan 25 yaşlı norveçli Julian Frost İslam dinini qəbul edib. Norveçin Finnmark şəhərində anadan olan Frost mühafizəkar xristian ailəsində böyüyüb.
Julian gəncliyində dünyanı yaradan Tanrının varlığına inanırdı, lakin o, din haqqında çox düşünmürdü və müxtəlif dinlərlə maraqlanmırdı. Amma Suriya, İraq və Yaxın Şərq hadisələri ilə eyni vaxtda gündəmə gələn İslam və müsəlmanlarla bağlı xəbər və süjetlərin intensivləşməsi ilə Culian Frost İslamla maraqlanmağa başlayıb. İslamın nə olduğunu və niyə dünyanın ən mühüm məsələlərinin İslam və müsəlmanlar, Fələstin və İsrail, Əfqanıstan və İran, o cümlədən İraq və Suriya, eləcə də 11 sentyabr hadisələri və terrorla müharibə ətrafında cərəyan etdiyini bilmək və İslamı anlamaq üçün düşünməyə və araşdırmaya başladı. İslam haqqında oxuyaraq araşdırmalara başladığını deyən gənc norveçli qadın bu ölkədə yaşayan bəzi müsəlman həmkarlarına İslamı eşitməklə deyil, əməlləri ilə başa düşmək üçün yaxınlaşdığını bildirib. Onların mehribanlıqlarına, qonaqpərvərliyinə, sülhsevərliyinə və qadınları qorumaq anlayışına heyran qaldığını bildirən Frost, onların gündə bir neçə dəfə namaz qılmaq üçün dəstəmaz almalarını, halal qidalar qəbul etmələrini, spirtli içki qəbul etməmələrini və nikahdan kənar cinsi əlaqədə olmamalarını onun İslam dinini özünə cəlb etdiyini bildirib. ("İQNA", İsveç İnformasiya Mərkəzinə istinadən xəbər verir) Oxşar xəbərlər
|