Qarabağ Qazisi Səbuhi Səlimov şəhadətindan 1 il ötür
Mьəllif: Admin
Tarix: 3-03-2024, 10:33
Bцlmə: Xəbərlər
Qarabağ Qazisi Səbuhi Səlimov şəhadətindan 1 il ötür
Məhkəmənin barəsində çıxardığı qərara etiraz edən Səbuhi Səlimov iki aya yaxın bir zaman aclıq aksiyasına başlamışdı.

Onun vəziyyətində ağırlaşmalar səbəbindən inanclı, Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülmüşdü. Aclıq aksiyasına səbəbi isə o, vətənə xəyanət ittihamı ilə şərlənərək həbs edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin sifarişli hökmünü göstərirdi.

Səhhətində yaranan ciddi fəsadlar onu aclığı dayandırmağa məcbur etmişdi. İkinci dəfə iştirak etdiyi Apelliyasiya məhkəməsində hakimin qərarı dəyişmədən qüvvədə saxlamasına əsəbləşməsi onun ölümü ilə sonuclanıb.

Qeyd edək ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs qərarı verilmişdi.

Noyabrın 22-də Bakı Ağır Cinayətlər məhkəməsində Eldar İsmayılov hakimliyi ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Səbuhi Səlimov Birinci Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə döyüşüb. İkinci Qarabağ müharibəsində isə arxa cəbhədə xidmət etmişdi.


Şəhidin ruhu şad olsun və Allah rəhmət etsin!


Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031