Səudiyyə Ərəbistanında məscidlərdə iftar süfrəsi açılması qadağan edilib
"İQNA", "Əl Ərəbi Əl Cədid"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məscid ərazisinin təmizliyi ilə bağlı narahatlıqlar səbəbilə Ramazan ayından əvvəl məscidlərdə iftar süfrələrinin qurulmasını qadağan edib.
İslam İşləri, Dəvət və İrşad Nazirliyi açıqlamasında gigiyenik şəraiti təmin etmək üçün məscidlərdə iftar süfrələrinin açılmaması lazım olduğunu açıqlayıb. Elanda aşağıdakı ifadələr yer alıb: "Məscid imamları və müəzzinləri məscidlərin həyətlərində iftar süfrələri açmaq üçün münasib yer tapmalıdırlar. İftar proqramları üçün oruc tutanlardan ianə toplamaq da qadağandır". Bu qadağalarla yanaşı, məscidlərdə foto və video çəkilişlər də qadağandır. Oxşar xəbərlər
|