Əsəbiliyi müalicə etməyin 20 yolu
Əsəbləşməyin müxtəlif amilləri ola bilər. O cümlədən: hövsələsizlik, özünə inamsızlıq, iradə zəifliyi, ifrat həssaslıq, başqalarına sui-zənn etmək, başqalarını təqlid etmək və s.
Ancaq buna baxmayaraq, əsəbləşmək üçün hər nə qədər amil və dəlil olursa-olsun, bunun qarşısını almaq olar. Mömin əsəblərini cilovlamağı bacarmalıdır, əks halda lənətlik iblisin tələsinə düşə bilər. 1. Gündəlik proqram qurun və hər işi öz vaxtında yerinə yetirməyə çalışın. 2. Ola bilsin ki, bəzi xarici amillər sizin proqramınızı vaxtında yerinə yetitməyə mane olsun. Ona görə də əvvəlcədən proqram quran zaman bunları da nəzərə almaq lazımdır. 3. O zaman ki, əsəbləşirsiniz, özünüzdə bir fiziki dəyişiklik edin. 4. Bir neçə dəqiqə uzanın və gözlərinizi yumun. Bütün əzələlərinizi boşaldın. Əsəbləşdiyiniz mövzunu fikirləşməməyə çalışın və diqqətinizi əzələlərinizə verin. 5. Özünüzə təlqin edin ki, xüsusi bir hadiə baş verməmişdir. Məsələn, əgər bir iş olmalıydı, olmayıbsa, eybi yoxdur. Məgər göy yerə dəymişdir? Başqaları bu halda olanda nə edirlər? Məgər hamı matəm saxlayır? Hamı öz işi ilə məşğul olur və bu cür hadisələrə etina etmirlər. 6. Öz zehninizi və ruhunuzu daima bu cür xoşagəlməz hadisələr eşitməyə alışdırın. Yəni, buna hazır olun ki, başqaları hər an sizə pislik edə bilərlər. Özünüzü bu cür hərəkətlərə dözməyə hazırlayın. 7. Əgər bəzən düşünmədən bir hərəkət etmisinizsə, nalayiq bir rəftar etmisinizsə, özünüzü danlayın və hətta dilinizdə peşman olduğunuzu bildirin. Özünüzə verdiyiniz vədləri yadınıza salın. 8. Şəxsiyyətinizi həddən artıq üstün hesab etməyin. Təvazökar olmağa çalışın və salam verməkdə tələsin, özünüzdən aşağı rütbəli insanlarla ünsiyyət bağlayın. 9. "Lə hövlə və la qüvvətə illə billəh” zikrini tez-tez deyin. "Əsr” surəsini çox oxuyun. Eyni zamanda "Əstəğfirullahə Rabbi və ətubu iləyh” və "Əuzu billəhi minəş-şeytanir-racim” zikrlərini deyin. 10. Əsəbləşdiyinizi hiss edən zaman tez həmin yerdən uzaqlaşın. Əsəbi olan zaman əgər ayaq üstəsinizsə, əyləşin. Əgər oturmusunuzsa, uzanın. 11. Sizi əsəbləşdirən xəbəri eşidən zaman 10 dəqiqə hiss orqanlarınızı bağlamağa çalışın. Məsələn, qulaqlarınızı əllərinizlə tutun, gözlərinizi bağlayın, yaxud əllərinizi boşaldın. Bu zaman daha az təhrik olarsınız. 12. Əgər kiminsə sözləri və üzü sizi əsəbləşdirirsə, onu zarafata çevirməyə çalışın və üzünüzü həmin şəxsin üzünə baxmamaq üçün çevirin. Yəni, o şəxslə danışmamağa çalışın. Əgər kimsə sizə acı sözlər deyirsə, özünüzə təlqin edin, ki, onun sözləri sizə aid deyildir. Yenə də bir müddət hiss orqanlarınızı bağlamağa çalışın. 13. Başqalarından gözlədiyiniz rəftarı görməyəndə, onları təqsirli hesab etməyin. Məsələn, özünüzü təqsirli hesab etməyə başlayın və öz-özünüzə deyin ki, əgər mən onun qəlbini sındırmasaydım, o, mənimlə bu cür rəftar etməzdi. 14. Başqalarının nəzərlərinə ehtiram göstərin və onlarla hörmətlə rəftar edin. 15. İradənizi gücləndirmək üçün səhərlər çətin idmanlarla məşğul olun, məsələn, dağa çıxmaq, üzmək, qaçmaq kimi. 16. Bəzi qərarlar verən zaman başqalarının məsləhətini almağa çalışın. Tələsik qərarlar verməkdən çəkinin. 17. Daha çox səbirli insanlarla oturub-durun. Əsəbi dostlardan uzaq olun. 18. Həmişə özünüzü haqlı hesab etməyin, rəftralarınızda xata üçün də yer ayırın. 19. Özünüzü yoxlamaq məqsədilə qısa müddətinə xoşunuza gəlməyən insanlarla ünsiyyət bağlayın. 20. Dediklərimizi proqramınıza daxil edin və cədvəl çəkin. Hər gün özünüzə qiymət verin və bu yolla nə qədər yaxşılaşdığınızı kontrol edin. (Deyerler.org) Oxşar xəbərlər
|