İNQİLAB TARİXƏ İRAN İSLAM DÖVLƏTİNİ QAZANDIRDI
Mьəllif: admin1
Tarix: 10-02-2015, 09:09
Bцlmə: Xəbərlər
İNQİLAB TARİXƏ İRAN İSLAM DÖVLƏTİNİ QAZANDIRDI

11fevral 1979 – cu ildə böyük siyasi fırtınalarla dünya tarixinə qədəm qoyan İran İslam Respublikası 30 ildir ki, öz möhtəşəm missiyasını davam etdirir.
AranNews- qüdrəti və heç bir ölçüyə sığmaz əzəməti ilə XX əsr bəşəriyyət və İslam tarixinin elə bir hadisəsidir ki, dünya tarixində böyük izlər buraxdı. Çünki belə inqilablar 1000 ildə bir yaranır və İran – İslam tarixinin dönüm nöqtəsidir .
Bu inqilabın ilk növbədə ən böyük xüsusiyyətlərindən biri İslamın qüdrət, əzəmət və əbədiliyini bir daha nümayiş etdirməsidir .
İkincisi, İslam inqilabı nümayiş etdirdi ki, İran öz millətinin izzət və şərafətini zəncirlərə məhkum etmək istəyənlərə aman verməyəcək .
İran İslam Respublikası bütün dünya dövlətləri və xalqlarının haqlarına hörmət etdiyi kimi, heç bir fövqəlgücə də İranın haqlarına təca­vüz etməyə imkan verməyəcək .
İran İslam Respublikası region dövlətlərlə dostluq və əməkdaşlıq siyasəti, beynəlxalq aləmdə isə sülh və barış siyasəti yürüdür. Çünki İran İslam dövləti böyük İmam Xomey­ninin (r) rəhbərliyi ilə ona görə tarixə qədəm qoymuşdu ki, Yer üzündə Al­la­hın müqəddəs haqq - ədalət qa­nunları bərqərar olsun, bütün xalqlar öz ölkəsinin sərvətlərindən özü bəh­rələnsin, məzlumlar dünyada hege­mon­luq iddiasında olan fövqəl dövlətlərin özba­şı­na­lı­ğına, zo­ra­­kılı­ğına məhkum ol­ma­sın. İran İslam Respublikası dün­yaya bəyan edir ki : - Bizim İran İslam dövləti olaraq heç bir məmləkətin, heç bir xalqın sərvətində, neftində, hürriy­yə­tində, izzət və şərəfində gö­zü­müz yoxdur. Bizi diz çök­dür­mək istəyənlərin də arzularını gözlərində qoyacağıq. Biz mə­də­niyyət və sivilizasiyalar dia­lo­qu tərəfdarıyıq .
Çünki İran xalqı hələ 30 il bundan qabaq şah rejimini de­vi­rəndə də, sonralar 8 illik İraq – İran mü­ha­ribələrində də bütün dünyaya nümayiş etdirdi ki, İranın sərvətlərinə göz dikənlərin, İranı əsarət zəncirində görmək arzusunda olanların, İranın azadlıq və şərəfi ilə oynayanların aqibəti rəzalət və rüsvayçılıqdır .
Bu gün də İran İslam Respublikası heç bir dövlətin daxili işlərinə qarışmamaq, bütün dünya xalqları və dövlətləri ilə sülh və əmin – amanlıq siyasətini davam etdirir .
İran İslam Respublikası yarandığı tarixdən dinc quruculuq işləri ilə məşğuldur və ildən – ilə öz xalqını xoşbəxt gələcəyə qovuşdurmaq əzmi ilə çalışmaqda və xalqın rifahını yaxşılaşdırmaqdadır .
Bu gün fövqəlgüclər İrana qarşı hədə - qorxu kampaniyaları deyil, dinc əməkdaşlıq, qarşılıqlı mənafelər siyasətinə rəvac versələr, dünyada yalnız sülh və əmin – amanlığa xidmət etmiş olarlar .
Dünya dövlətləri və xalqları bilməlidirlər ki, İranın dünyada bir amalı var: bütün ölkələrlə dinc yaşamaq və qarşılıqlı hörmət siyasəti .
Fələstinlilərin haqqı tanınmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Məzlum bəşəriyyət fövqəlgüclərin pəncəsində əzilmə­mə­lidir .
İran dünya siyasətində hegemon dövlətlərin ikili standartlarına qarşıdır. Güclülərin ehtirasları cilovlanmalı, məzlumların haqları qorun­malıdır .
İranın Azərbaycan Res­publikasına yönələn siyasəti xüsusi meyarla ölçülür. Və İran üçün xüsusi məna daşıyır. Çünki dünyanın heç bir xalqı və ölkəsi İrana Azərbaycan qədər yaxın deyil. Tarix boyu yanaşı yaşamaları, müştərək mədə­niy­yətləri, dinləri, adət - ənənələri və həyat tərzləri, qardaşlıq və doğmalıq bağları ilə bir – birinə dərin bağlılığı üzündən İran İslam Respub­likasının Azərbaycana qarşı çox həssas doğmalıq siyasəti yeritməsi heç bir dövləti narahat etməməlidir .
Hələ 1993 – cü ildə prezident Heydər Əliyev tərəfindən İran – Azərbaycan münasibətlərinin qardaşlıq və dostluq səviyyəsinə qal­dı­rıl­ması iki dövlət və bir xalqı bir-birinə daha da yaxınlaşdırdı. Mərhum Heydər Əliyev o zaman deyirdi: "Azərbaycan Respublikası İran İslam Respublikasının dostu və qardaşıdır, bu ölkə ilə bizim dostluğumuz əbədidir...Dünyanın heç bir yerində bu iki ölkə qədər yaxın və müştərək tarixləri olan ölkələr yoxdur " .
Və əgər mərhum prezident Heydər Əliyev 2002 – ci ilin mayında İran İslam Respublikasına rəsmi dövlət səfərində İran rəhbərləri ilə siyasi, iqtisadi, ticari, mədəni, səhiyyə, gömrük və digər sahələrdə on bir saziş və memorandum imzalamışdısa (on iki ildə Azərbaycan və İran bu siyasətin böyük bəhrəsinin şahidi oldu), bu siyasi kursun davamı olaraq 2005-ci il yanvarın 24-26 - da Azərbaycan respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi dövlət səfəri zamanı siyasi, iqtisadi, mədəni və ticari əlaqələrin daha böyük vüsət alması üçün Azərbaycan və İran hökumətləri arasında 9 saziş imzalandı ki, bu da Azərbaycan və İran diplomatiyasının son illərdə ən böyük uğur­la­rın­dandır .
Əgər İran – Azərbaycan münasibətləri 2005 – ci ilin əvvəllərində böyük uğurla başlandısa (prezident İlham Əliyevin 24 – 26 yanvar tarixində İrana rəsmi dövlət səfəri) ilin sonunda, yəni 2005 – ci ilin dekabr ayının 20 – də iran İslam Respublikasının yeni prezidenti Mahmud Əhmədinejadın Naxçıvan Muxtar Respublikasına səfəri və İranın Naxçıvanı mavi yanacaqla təchiz etməsi mərasimində iştirakı iki dost ölkənin gələcəkdə qardaşlıq münasibətlərinin daha yüksək zirvələrə aparacağından xəbər verir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031