Gürcüstanda psixotrop maddələrə qarşı nəzarətin gücləndirilməsi ilə bağlı ekspertlərin görüşü keçirilib
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Polis Akademiyasında beynəlxalq ekspertlərin, narkotik və narkomaniya qarşı mübarizə üzrə Avropa Monitorinq Mərkəzinin, Avropa İttifaqına (Aİ) üzv ölkələrin və Avropa Qonşuluq Siyasəti ölkələrin nümayəndələrinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN mətbuat xidmətindən bildirilib. Məlumata görə, nümayəndələr qarşısında Gürcüstan daxili işlər nazirliyinin məhkəmə-tibb, ekspert və kriminalistika şöbəsinin rəhbəri Nuqzar Sucaşvili çıxış edərək Gürcüstanda son illər həyata keçirilən islahatlar və qanunvericilikdə aparılan dəyişikliklər və narkomaniya ilə mübarizə tədbirlərindən danışıb. Tədbirdə ədliyyə sahəsində son illər yeni metodologiyanın tətbiqi və regional ekspertlərin, laboratoriya və mütəxəssislərin təlim imkanlarının artırılması sahələrində əldə olunan nailiyyətlər də təqdim olunub. Tədbirdə Aİ-nın üzvü olan ölkələrin, eləcə də Ekspertlər və Avropa Qonşuluq Siyasəti üzv ölkələrinin nümayəndələri psixotrop maddələrə qarşı nəzarətin gücləndirilməsi və qanunvericilik təcrübələrindən danışıblar. Görüş iştirakçıları psixotrop maddələr və onların yaratdığı problemlər barədə fikir mübadiləsi aparıblar. Görüşdə Gürcüstan Polis Akademiyasının, ədliyyə, əmək, səhiyyə və sosial işlər nazirliklərinin nümayəndələri, həmçinin Azərbaycan, Belarus, İsrail, Moldova, Ukrayna, Xorvatiya, Macarıstan, Polşa və Gürcüstan ekspertləri iştirak ediblər. az.apa.az Oxşar xəbərlər
|