Gürcüstanda “İŞİD” əleyhinə etiraz aksiyası keçirilib
Mьəllif: admin1
Tarix: 20-04-2015, 15:57
Gürcüstanda “İŞİD” əleyhinə etiraz aksiyası keçirilib

Tiflis. Nizami Məmmədzadə - APA. Aprelin 19-da Tiflisdə köhnə parlament binasının qarşısında “İŞİD” terror qruplaşmalarının əleyhinə etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada paytaxt və ətraf rayonlardan gələn müxtəlif millətlərin nümayəndələri iştirak edib. İştirakçılar "İŞİD, dayan!", "Terrorizm sərhəd bilmir!", "Qanlı əllərə yox!" və digər şüarlar səsləndiriblər.

Tədbir Tiflisdə fəaliyyət göstərən Gənc Vəkillər Assosiasiyasının və bir neçə qeyri-hökumət təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. İştirakçılar qeyd ediblər ki, “İŞİD“ yalnız xristianları deyil, müsəlmanları da qətlə yetirir, uşaq və qadınları, qocaları amansızcasına və əzab-əziyyətlə öldürür, güllələyir, dinc və əliyalın əhalini kütləvi şəkildə məhv etmək üçün partlayışlar törədir.

Aksiya insidentsiz başa çatıb.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031