İmam Əli (ə) məscidində növbəti Cümə namazı
Ötən gün Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidində İmam Rza (ə) mədrəsənin müdüri Hoccətul İslam vəl muslimin cənab Hacı Əziz Nəbiyevin imamlığı ilə cümə namazı qılınıb. Hacı ilk xütbəsində təqvanın sifətlərindən olan zahidliq nişanəsindən danışdı. Hacı buyurdu: "Təqva bir əlbisədir ki bizlərin eyblərini örtür." Sonra dedi: "Həqiqətən ən xeyirli ehtiyac təqvalı olmaqdır." İlk xütbəsini dünya axirətin əkin yeridir deyərək tamamladı. Hacı Əziz Nəbiyev ikinci xütbəsini hucurət surəsi ilə başladı və dəyərli alimlərin bu surə haqqında içtimai bir surə olduğunu bildirdi. Cümə namazından sonra Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (UGMADİ) təşkilatçılığı ilə şirniyyat süfrəsi açıldı. mgeo.ge Oxşar xəbərlər
|