İnsan Allahın xəlifəsi olmaq üçün nə etməlidir? Ayətullah Cavadi Amuli cavab verir
Mьəllif: admin1
Tarix: 12-05-2015, 14:40
Bцlmə: Xəbərlər
İnsan Allahın xəlifəsi olmaq üçün nə etməlidir? Ayətullah Cavadi Amuli cavab verir

İslam alimlərindən olan Ayətullah Cavadi Amuliyə insanın Allahın xəlifəsi ola bilmək barədə sual verilib.

Maide.az-ın məlumatına görə, tələbələrdən birinin versiyi sual, "İnsan nə şəkildə Allahın xəlifəsi məqamına çata bilər" şəklində olub.

Alimin cavabı bu cür olub: "Allahın xəlifəsi olmaq insan yaradılışının əsas qayəsidir. Bu da məqsədəuyğun elm və saleh əməllə baş verə bilər. Yəni mərifət və ibadət insanı bu məqama çatdırır.

Qurani-Kərimdə sözügedən məqama bu ayələrlə işarə edilmişdi: "Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd yer kürəsi yaxud yerin yeddi təbəqəsi və yaxud yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu. (Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!" ("Təlaq" surəsi, ayə 12).

Yəni bütün yaradılışın, ki, insan da bunun bir hissəsidir, qayəsi insanın Uca Allahın sonsuz elmini və sonsuz qüdrətini dərk bacarığına çatması üçündür. Baxmayaraq ki, bu ikisi kökdə eyni şeydir. Sadəcə, mənada fərq var. Çünki sonsuz olan şeydə ədədi çoxluq düşünülə bilməz.

Digər ayədə isə belə buyurulmuşdur: "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam." ("Zariyat" surəsi, ayə 56).

Yəni insan Allahın xəlifəsi olmaq məqamına çatmaq istəyirsə, bu hədəfin təminində onun müvəqqəti və fasiləli ibadətləri yetərli olmaz. Əksinə, o, tamamilə ibadətə həsr edilmiş olmalıdır. Yəni ibadətdən və qulluqdan başqa bir işi olmamalıdır."
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930