`İmam Xomeyni (r.ə)-in təfəkküründə zorakılıq olmayan dünya` adlı konfrans keçrilib-Foto
Müxtəlif ölkələrdən 400-dən çox siyasi, mədəni və elmi şəxsiyyətlərin iştirakı ilə Tehranda "İmam Xomeyni (r.ə)-in təfəkküründə zorakılıq olmayan dünya" adlı konfrans keçirilib.
Maide.az xəbər verir ki, konfrans İslam İnqilabının dahi Rəhbərinin zorakılıq olmayan dünyaya təkidi və xarici siyasətdə onun yüksək təfəkkürlərinin bəyanı məqsədi ilə keçirilib. Konfrans İmam Xomeyni (r.ə)-in anım mərasiminin xarici qərargahı və İmam (r.ə)-in Əsərlərinin Tənzim və Nəşri Müəssisəsinin təşəbbüsü ilə keçirilib. İranın Məsləhət Şurasınn sədri Ayətullah Haşimi-Rəfsəncani konfransda çıxış edib və deyib ki, zorakılıq olmayan cəmiyyət və dünya aqil və mütəfəkkir insana layiq bir məsələdir, amma təəssüflə, elə bir zamanda danışırıq ki, İslam Dünyası hazırda dünyanın ən zorakı məntəqəsi olub və Quranın nurlu maarifinə və "Möminlər qardaşdırlar" hədisinə ziddir və bu hədis sanki unudulub. O, sonra deyib: İmam (r.ə)-in işləyib hazırladığı və sonadək sadiq qaldığı inqilab zorakı proqrama malik deyil və o həzrətin davamçıları da bu cür idilər və o həzrət heç vaxt inqilabdan qabaq və sonrakı mübarizələr boyu kobud hərəkətlərə icazə vervmirdi. Qeyd edək ki, 2015-ci il iyunun ayının 4-də İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in vəfatının 26-cı ildönümü günüdür. 26 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin (r.ə) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir. 1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub. Məlumat üçün bildirək ki, Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. İmam Xomeyni 1958-ci ildə zalım şah rejimi və Amerikanın İrandakı müdaxilələri əleyhinə ciddi şəkildə mübarizəyə başladı. 1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır. 1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirdi. İmam Xomeyni (r.ə) İraqda sürgündə olduğu on üç il ərzində çoxlu şagird yetişdirməkdən başqa, şah rejiminin pozğun mahiyyəti və Amerikanın İrandakı qanunsuz tamahkarlıqlarını ifşa etdi və aydınlaşdırıcı bildirişlər yayaraq, İslam İnqilabının zəfər çalmasına şərait yaratdı. İmam Xomeyni İraqdan Fransanın paytaxtı Parisə köçür. 1979-cu ildə şahın İrandan qaçmasından sonra Ayətullah Xomeyni İrana qayıdır. 1979-cu il 11 fevralda İmam Xomeyninin başçılığı ilə başlayan inqilab qələbə ilə sona çatır. Bu il İmam Xomeyninin (rə) anım mərasimində iştirak etmək üçün İranın müxtəlif şəhərlərindən və digər ölkələrdən milyondan çox insanın iştrakı gözlənilir. İmam Xomeyninin (rə) vəfatının ildönümünün xüsusi mərasimin natiqi Ali Lider Ayətullah Xamenei olacaq. / Oxşar xəbərlər
|