Ali Liderin qərbli gənclərə məktubu – 16-cı bölüm
İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Əli Xamenei amerikalı və avropalı gənclərə haqq və həqiqəti tapmaları üçün islam dinini nəcib mənbələrindən, yəni Qurani-Kərim və islam peyğəmbərindən (s) örnək götürmələrini tövsiyə etdi. İslaminsesi.org-un məlumatına görə, Ayətullah Xamenei Qərb gənclərinə xitabən yazdığı məktubunda, Qərb dünyasında islamofobiyanın şiddətləndirilməsinə işarə edərək belə buyurub:“Ağlınız sizin nədən qorxduğunuzu, niyə qorxduğunuzu və bunun necə bir mahiyyəti olduğunu öyrənməyə hökm edir. Mən sadəcə islam dininin dərk etməyinizi istəyirəm. Kimlərsə terrorçulara qoşularaq saxtakarlıq edir. Onları həqiqi islamın nümayəndələri olaraq sizə tanıdılmasına imkan verməyin. İslamı həqiqi mənbələrindən tanıyın. İslam, Qurani Kərim və böyük Peyğəmbərin(s) həyatı ilə tanış olun. Elə bu məqamda sual vermək istəyirəm. Siz indiyə kimi müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimi heç oxudunuzmu? Görəsən, islam peyğəmbərinin(s) insani və əxlaqi təlimlərini oxudunuzmu? İndiyə qədər mediadan başqa, islamın mesajını başqa mənbələrdən aldınızmı? Niyə İslam İnqilabı Rəhbəri İmam Xamenei Quranı Kərimə birbaşa müraciət etməyi, indiki fitnə dolu vəziyyətdən çıxış yolu kimi gənclərə tövsiyə edir? Qurani-Kərim necə bir kitabdır? Son iki hissədə Qurani Kərimin bəzi xüsusiyyətlərini nəzərdən keçirərək bu son ilahi kitabı bir az daha yaxşı tanımağa çalışdınızmı. Quranı -Kərim bəşəri aləmin əlində olan digər müqəddəs kitablardan fərqli olaraq tarixin rəvayəti və ya peyğəmbərlərin yaxınlarının yazdıqları kitablar kimi deyil. Bu kitabın hər kəlmə və hərfi uca Allah tərəfindən sonuncu peyğəmbər Həzrət Məhəmmədə(s) vəhy yolu ilə nazil olan kitabdır. Qurani Kərim ilahi kəlam və Allah Peyğəmbərinin(s) möcüzəsidir. Keçən hissədə Quranı Kərimin sözləri və məzmunu etibarilə bəzi möcüzəvi cəhətlərindən bəhs etdik. Bütün alimlərin bu kitabın unikal xüsusiyyətlərə malik olduğunu etiraf etdiyini bildirdik. İndi Qurani-kərimin möcüzələrini qısaca nəzərdən keçirdikdən sonra bu səmavi kitabın insanları heyrət içində qoyan bütün xüsusiyyətləri bu kitabdan əvvəl nə bir şey yazmış, nə bir şey oxumuş bir insanın dilindən nəql edildiyini bildirmək istəyirik. Qurani-Kərim, peyğəmbərin (s) danışıq tərzindən çox fərqlidir. Bu fərqi yalnız O, həzrətlə eyni dövrdə yaşayan insanlar açıq şəkildə hiss etmədi, bizlər də əsrlər sonra O, həzrətin rəvayətlərini və hədislərini oxuyaraq Qurani -Kərimin kəlamı ilə müqayisədə ikisinin bir-birindən fərqli olduğunu anlayırıq. Söz və ədəbiyyat mütəxəssisləri də bu açıq fərqi təsdiqləyir, bu fərqliliyin Qurani-Kərimin islam peyğəmbərinin (s) kəlamı olmadığını sübut etdiyini qeyd edir. Bundan başqa mötəbər islami qaynaqlardan bizə gəlib çatan və Hədisi-Qüdsi adı verilən bəzi hədislər vardır. İslam alimləri bu hədislərin, ilahi vəhy yolu ilə Allah Peyğəmbərinə (s) nazil olan bəzi məsələləri daşıdığını bildirir. Bəzi alimlər Hədisi-Qüdsi mənasının Allah dərgahında və kəlamının Allah Peyğəmbərinə (s) aid olduğuna inanır. Bəzi alimlər də bu hədislərin həm kəlamı və həm mənasının Allaha aid olduğunu bildirir. Amma buna baxmayaraq Quran kəlamı ilə qüdsi hədislərin kəlamı bir-birindən fərqlidir. İslam alimləri bu gün bizə çatan Quran mətninin, qətiyyən Allah Peyğəmbərinə (s) nazil olan Quran mətni olduğuna inanır. Yəni son ilahi kitab heç bir dəyişikliyə və təhrifə məruz qalmadan bizə çatmışdır. İndi hamı birlikdə Qurani-Kərimin niyə təhrif edilmədiyi ilə bağlı bəzi sübutları nəzərdən keçirək. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Quranı qətiyyən biz endirdik. Əlbəttə, onu yenə biz qoruyacağıq (Hicr surəsi,ayə 9). Qurani Kərim Hz.Məhəmmədin(s) yaşadığı dövrdən günümüzə qədər islamın əsası, oxu və peyğəmbər vasitəsi ilə müsəlmanların dəvətinin ən əsas vasitə olub. Bu üzdən müsəlmanlar lap ilk gündən bu səmavi kitabı qorumaq üçün böyük diqqət göstərib. Belə ki, hər hansı bir ayə nazil olduğu vaxt, Allah Rəsulu (s) dərhal o ayəni müsəlmanlara oxuyardı. O vaxt vəhy katibləri adı verilən bir qrup, Allah Peyğəmbərinə (s)nazil olan ayələri dərhal yazırdı. Həmin dövrdə vəhy katiblərinin sayı 43 olub. Vəhy katiblərindən Zeyd Bin Sabit və İmam Əli(ə) ən çox tanınan, məşhur olan şəxsiyyətlərdir. Vəhy katibləri hər cür ehtimal edilən xətanın aradan qaldırılması üçün yazdıqlarını Allah Rəsulunun(s) hüzurunda yenidən oxuyardı. Bundan başqa, Quranı Kərimi əzbərləmə ənənəsi, Allah peyğəmbərinin dövründən günümüzə qədər davam edən ən gözəl ənənələrdən biridir. İslam Peyğəmbərinin(s) yaşadığı çağda Hicaz ərəbləri güclü yaddaşa malik olmaqla məşhur idilər. Bu insanlar bu qabiliyyətləri Qurani Kərimi əzbərləmək üçün istifadə olunurdu. O dövrdə uşaqlar, gənclər, yaşlı insanlar Quran əzbərləməyə başladı və bunu böyük bir fəzilət kimi qiymətləndirdilər. Əslində o dövrdə insanların şəxsiyyəti, Quranı Kərimdən nə qədər ayə bilməsi ilə ölçülürdü. Beləliklədə bir çox səhabə və mömün insan Qurani Kərimin hər sözünün hərifinə kimi əzbər bilirdi. Səhabələr hətta Qurani-Kərimin surə, ayə, kəlmə, hərf sayını yazmış və əzbərləmişdi. Müsəlmanlar Qurani Kərimi canı könüldən qoruyurdu və əgər bu səmavi kitaba ən kiçik bir müdaxilə məsələsi olsaydı, dərhal hamısı buna qarşı çıxırdı. Məsələn, bir dəfə səhabələrindən biri bir ayədə “Vəlləzin” sözünün başında yer alan “V” hərfini qaldırmaq istədi, ancaq digər əshabələr onu təhdid edib və "V" hərfinə toxunacaq olsa ona qarşı qılınclarını çəkəcəklərini deyib. Bu kiçik hadisə müsəlmanların nə qədər səmavi kitabları qorumaqda qərarlı olduğunu göstərir”. Aynur Nur Oxşar xəbərlər
|