Marneulidə Alget çayından naməlum meyit tapılıb
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulinin azərbaycanlıların kompakt yaşadığı Sabirkənd kəndində Alget çayının daşması nəticəsində naməlum bir şəxsin cəsədi çayın sahilinə çıxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə kənd sakinləri bildiriblər. Sakinlərin dediyinə görə, çayda 2 meyit axıb və onlardan birini sel suları sahilə çıxarıb, digər meyiti isə tuta bilməyiblər. Hadisə ilə bağlı əlaqədar güc strukturlarına məlumat verilib və naməlum meyit aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, digər meyitin axtarışları davam etdirilir. Sakinlərin bildirdiyinə görə, aşkar edilən meyitin kimliyi bilinmir. Qeyd edək ki, hadisə dünən baş verib və Alget çayının daşması nəticəsində Sabirkənd kənd sakinlərinin torpaq sahələrini sel suları yuyub. Oxşar xəbərlər
|