"Quran onu oxuyan gəncin qanı və əti ilə yoğrulur"
Mьəllif: admin1
Tarix: 19-06-2015, 17:38
Bцlmə: Xəbərlər
"Quran onu oxuyan gəncin qanı və əti ilə yoğrulur"

Maide.az xəbər verir ki, tanınmış İslam alimlərindən olan Ayətullah Cəfər Subhani Ramazan ayının başlanması münasibətilə Quran müəllimləri və Quran qariləri ilə görüşüb.
İslam alimi görüşdə bildirir ki, Quranın ziyafət süfrəsindən istifadə etməyin ən bərəkətli və ən faydalı vaxtı, Quranın nazil olduğu mübarək Ramazan ayıdır:

"Əslində bu İlahi ziyafət, Quranın nazil olması ilə başlamışdır. Rəvayətlərdən görünür ki, İlahi kəlamın (Quran) nazil olması ilə birlikdə bu ayın (Ramazan) bərəkətli olmasıdır. Hər bir halda Ramazan, bənzərsiz bir şərəflə mükafatlandırılmışdır. Oruc tutan möminlər üçün belə buyurulmuşdur: "Ramazanda nəfəsləriniz zikr, yuxunuz isə ibadətdir."

Ramazan başqa heç bir ayda nəfəs, zikr və yuxu ibadət olaraq göstərilməyib. Bu uca və Quranın baharı olan Ramazanın gəlib yetişməsi, bütün Quran alimlərinə, müəllimlərinə, hafiz və Qurana könül verən bütün möminlərə mübarək olsun. Allahın dostları bu ayı dərk etmək üçün səbrlə gözləyir və bitdikdə isə kədərlə vidalaşırlar.

Şeyx Səduq İmam Sadiqdən (ə) belə nəql edir:

"Quran onu oxuyan gəncin qanı və əti ilə yoğrulur. Allah, onu görkəmli və kəramətli insanlar ilə həşr edər və qiyamətdə isə Quran onu müdafiə edir və ona şahidlik edər".

Bu hədisi şərifdən görünür ki, Quranın öyrədilməsində və Quranı əsas götürən təhsildə uşaq və gənclərə daha çox önəm verilməlidir. Çünki İslam düşmənlərinin gənc nəsillərə yönəlik mədəni və elmi hücumlarından, ancaq Qurana sığınaraq xilas, axirətdə isə Allahın seçilmiş bəndələri arasında ola bilərik."

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930