Ayətullah Sistani Küveytdəki şəhid olanların ailələrinə başsağlığı verdi
İslamazeri.az-ın “Alalam”-ə istinadən verdiyi xəbərə görə, İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistaninin bəyənatında bildirilir: “Biz bu ailələrin dərdlərinə şərikik və Allahdan həyatını itirənləri öz rəhmətinə şamil etməsini və ailələrə səbr verməyi istəyirik. Eyni zamanda, yaralıların da tezliklə şəfa tapması üçün dua edirik. Allah bütün müsəlman ölkələrini düşmənin şərrindən və bu tip terrora əl atanların hiyləsindən amanda saxlasın”. Qeyd edək ki, bu hadisədə 27 nəfər ölüb, 202 nəfər yaralı qeydə alınıb. Mənbə : İslamazeri Oxşar xəbərlər
|