Vilayəti-fəqihi inkar etmək peyğəmbərləri inkar etmək deməkdir
Şəbistan Xəbər Agentliyinin verdiyi məlumata əsasən, hüccətul-İslam Səidi, vəliyyi-fəqihin nümayəndəsi ötən günki cümə xütbəsində 34 il bundan öncəki 7 Tir hadisəsi ilə bağlı söz açıb və bu hadisənin iki şəxs arasında deyil iki cərəyan arasında olan ixtilafdan qaynaqlandığını söyləyib. O, 7 tir hadisəsini İran İslam İnqilabının görünməmiş hadisələrindən biri hesab edib. O, deyib: "Xalqın hökümətin məqbulluğunda rolu var amma qanuniliyində isə rolları yoxdur. İmam Xomeyni (r.ə) mütləq İlahi qanunilik və xalqın məqbulluğuna inanırdı və təkid edirdi ki, İmamın şəniliyi xalqın rəyindən asılı deyil". Hüccətul-İslam Səidi əlavə olaraq deyib: "Hökümətin vəzifəsi yalnız nəzm-intizam və təhlükısizliyi təmin etməkdən ibarət deyil, hökümət din və əxlaqı inkişaf etdirmə vəzifəsini də daşıyır". Hüccətul-İslam Səidi hücciyyət baxımından vəliyyi-fəqihin imzası ilə məsum imamın imzası arasında heç bir fərqin olmadığı və vəliyyi-fəqihin imzasının İmam Sadiqin (ə) imzası olduğunu qeyd edərək deyib: "İmam Xomeyninin (r.ə) əqidəsi belə idi ki, vilayəti-fəqihi qəbul etməyən peyğəmbər və imamların vilayətini qəbul etməyən kəslər kimidir". O, sonda şəhid Behiştinin (r.ə) zəmanəşünaş olduğu və hadisələri dəqiqliyi ilə izlədiyini bildirib. Qeyd edək ki, Ayətullah şəhid Behişti (r.ə) münafiqlər tərəfindən törədilən 7 Tir hadisəsinin qurbanlarındandır. Oxşar xəbərlər
|