Gürcüstan və Türkmənistan prezidentləri Azərbaycanın iştirakı ilə tranzit, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdiyini bəyan ediblər
Mьəllif: admin1
Tarix: 4-07-2015, 17:40
Gürcüstan və Türkmənistan prezidentləri Azərbaycanın iştirakı ilə tranzit, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdiyini bəyan ediblər

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə bəyanatında Azərbaycanın iştirakı ilə tranzit, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etməsindən danışılır. AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDH) istinadla xəbər verir ki, bəyanat Türkmənistan Prezidentinin Gürcüstana dövlət səfəri çərçivəsində Tbilisidə qəbul edilib.
Sənəddə deyilir: "Tərəflər Əfqanıstan İslam Respublikasının təşəbbüsü olan Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın inkişafı haqqında Sazişin hazırlanmasında maraqlı olduqlarını və buna dəstək göstərdiklərini təsdiq etdilər. İri regional və regionlararası nəqliyyat və energetika layihələrinin birgə həyata keçirilməsi həmin ölkələr arasında əməkdaşlığın prioritet istiqaməti olacaq".
Türkmənistan Prezidenti Gürcüstan Prezidenti ilə danışıqlarda ticari-iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunaraq qeyd edib ki, energetika sahəsində Türkmənistan-Gürcüstan qarşılıqlı əlaqələri son vaxtlar xeyli fəallaşıb. O deyib: "Digər maraq göstərən dövlətlərin iştirakı ilə həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatda müntəzəm məsləhətləşmələr aparılır. Məlum olduğu kimi, Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu ilin mayında Aşqabadda energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərinə dair dördtərəfli görüş keçirilib. Görüşdə enerji daşıyıcılarının Xəzər regionundan Qərb istiqamətində nəqlinə dair boru kəməri infrastrukturunun yaradılması planlarında iştirakı barədə Gürcüstanın təklifi ilə bağlı razılaşdırılmış mövqelər şərh edilib.
Bu, son dərəcə perspektivli layihə təkcə ölkələrimizin maraqlarına cavab vermir, həm də enerji resurslarının daşınması sisteminin şaxələndirilməsi məsələlərinin hazırda aktual olduğu Avrasiya məkanının enerji təhlükəsizliyinin təmin olunmasına güclü təkan verəcək".
Nəqliyyat sahəsini qarşılıqlı fəaliyyətin daha bir mühüm strateji vektoru kimi qeyd edən Türkmənistan Prezidenti deyib: "Cənubi Qafqaz Xəzər-Qara dəniz nəqliyyat-tranzit dəhlizinin bir hissəsidir. Bu dəhliz Avropa, Yaxın və Orta Şərq dövlətləri ilə geniş regionlararası inteqrasiyanı təmin etməyə kömək göstərir". O xatırladıb ki, ötən ilin sentyabrında Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması məsələsinə dair dördtərəfli görüş olub. Türkiyənin də bu nəqliyyat dəhlizinə qoşulmağa maraq göstərdiyini qeyd edən Q.Berdiməhəmmədov deyib: "Bu layihə iştirakçı ölkələrin və regionun digər dövlətlərinin dünya bazarlarına çıxması üçün yeni imkanların yaradılmasına yönəlib. Layihənin həyata keçirilməsi kontinental ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsinə kömək edəcək".

azertag.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031