Gürcüstan Rusiyadan vətəndaşlarının çıxarılmasına görə Kremldən 70 mln avro təzminat tələb edib
Mьəllif: admin1
Tarix: 6-07-2015, 16:58
Gürcüstan Rusiyadan vətəndaşlarının çıxarılmasına görə Kremldən 70 mln avro təzminat tələb edib

Gürcüstan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək Rusiyadan 2006-cı ilin payızında vətəndaşlarının çıxarılmasına görə Kremldən 70 mln 320 min avro təzminat tələb edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin məlumatında bildirilir.
“Bu müraciət Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən AİHM-in 3 iyul 2014-cü il tarixli qərarı əsasında göndərilib”, deyə məlumatda qeyd olunub.
Məlumatda qeyd olunub ki, kompensasiyanın məbləği Strasburq məhkəməsinin analoji işlər üzrə presedent qərarlarına əsaslanaraq müəyyən edilib.
Bir il əvvəl AİHM-in verdiyi qərara əsasən, Rusiya və Gürcüstan 12 ay ərzində məsələ ilə bağlı qeydlərini hazırlamalı və əldə olunan razılaşma barədə məhkəməni məlumatlandırmalı idi.
Gürcüstanın Ədliyyə Nazirliyi indiyədək məsələ ilə bağlı Rusiya Ədliyyə Nazirliyitərəfindən heç bir sənəd və ya hər-hansı bir mövqe təqdim olunmayıb.

apa.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930