Gürcüstan Fransadan hava hücumundan müdafiə sistemləri alıb
Mьəllif: admin1
Tarix: 11-07-2015, 12:23
Gürcüstan Fransadan hava hücumundan müdafiə sistemləri alıb

Bakı-APA. Gürcüstanın müdafiə naziri Tina Xidaşeli Avropanın aparıcı raket sistemləri istehsalçılarından biri - Fransanın MBDA şirkəti ilə müqavilə imzalayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, müqavilənin şərtləri hələlik açıqlanmır.

Bununla belə, T.Xidaşeli “Rustavi 2” telekanalına müsahibəsində bəyan edib ki, müqavilənin imzalanması ilə Gürcüstanın təhlükəsizliyi təmin edilib.

“Başlıca vəzifəyə nail olunub, biz Gürcüstanın hava hücumundan təhlükəsizliyinin bünövrəsini qoyduq. Əldə etdiyimiz dünyanın ən müasir hava hücumundan müdafiə sistemi NATO standartlarına tamamilə uyğundur. Maliyyə cəhətdən də bu çox uğurlu sazişdir, Fransa özünün sadiq tərəfdaşı Gürcüstana qarşı böyük alicənablıq nümayiş etdirdi. Mən Tiflisə dönən kimi ölkə prezidenti, baş nazir və parlament üzvləri ilə görüşəcəm. Məhz bundan sonra müqavilələrlə bağlı müəyyən açıqlamalar veriləcək. Çox güman ki, bu ilin payızında mən yenidən Parisə səfər edəcəm və Gürcüstanın təhlükəsizliyi üçün daha bir müqaviləyə imza atacam ”, deyə T.Xidaşeli bildirib.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930