İraq İŞİD-in olduqca önəmli sayılan kəşfiyyat mərkəzini məhv edib
FaktXeber.com-un verdiyi məlumata görə, İraq ordusunun İŞİD-in işğalında olan Fəllucə şəhərində keçirdiyi uğurlu hava hücumu nəticəsində terror qruplaşmasının “Mərkəzul-Əcnad” adlı kəşfiyyat mərkəzi tamamilə məhv edilib. Səddamın BƏƏS partiyasına mənsub olan keçmiş kəşfiyyatçıların və həmçinin bəzi ərəb ölkələrinin xəfiyyələrinin də olduğu bu mərkəz İŞİD-in önəmli qərargahı sayılırmış. Əməliyyat zamanı mərkəzdə olan bütün kəşfiyyatçılar və terrorçular öldürülüb. İraq kəşfiyyat xidmətindən verilən məlumata görə, adıçəkilən mərkəzdə olduqca müasir elektron avadanlıqlar mövcud olub Oxşar xəbərlər
|