Ayətullah Həmədani: "Vəhhabiliyin imperializm və sionizmə xidmətdən başqa məqsədi yoxdur"
Mьəllif: admin1
Tarix: 24-07-2015, 10:05
Bцlmə: Xəbərlər
Ayətullah Həmədani: "Vəhhabiliyin imperializm və sionizmə xidmətdən başqa məqsədi yoxdur"

İslamazeri.az-ın "Səhər TV"yə istinadən verdiyi xəbərə görə, mərcəi təqlid müctehidlərindən olan Ayətullah Hüseyn Nuri Həmədani Bəqidə imamların qəbirlərinin dağıdılmasının ildönümü ilə bağlı müraciətində deyib: "Təxminən 90 il öncədən təkfirçi vəhhabilik firqəsinin Bəqidə məsumların qəbirlərini dağıtdıqdan, Mədinə məscidində alçaq cinayətlər törətdikdən, Kərbəlada qanlar axıtdıqdan və islam abidələrini dağıtdıqdan sonra öz azğın əqidələrini nümayiş etdirdilər. Hər il bu böyük müsibətin xatirəsi müsəlmanların ürəyində yenilənir. 1344-cü hicri qəməri ili 8 şəvvalda Məkkənin işğalından sonra vəhhabilər Əbdüləziz Bin Səudun başçılığı ilə Mədinəyə doğru hərəkət etdilər və şəhəri mühasirəyə alaraq onun müdafiəçiləri ilə döyüşdən sonra Mədinəni işğal etdilər, Osmanlı məmurlarını şəhərdən çıxardılar və məsumların qəbirlərini və digər qəbirlər, o cümlədən əziz peyğəmbərin (s.ə.s) oğlu İbrahim, o həzrətin həyat yoldaşları və atasının qəbrini dağıtdılar."
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031