Haci Rasimin Cümə xütbəsinin tam mətini
Mьəllif: admin1
Tarix: 8-08-2015, 12:22
Bцlmə: Xəbərlər
Haci Rasimin Cümə xütbəsinin tam mətini

Bismilləhir-Rahmənir-Rahim


Necə dua etməli?

Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özümə və sizə Allaha və həqqə mümtəhi olan təqva yolunu tövsiyə edirəm. Uca Allah “Ənbiya” surəsinin 87 və 88-ci ayələrində Həzrəti Yunisin hadisəsini nəql edir:
(87) وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ (88) فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ
(87) Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.» (88) Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
Bildiyimiz kimi Həzrəti Yunis indiki İraqın Neynəva diyarında Allah tərəfindən məbus olmuşdu. Və o Həzrət 40 il xalqı haqqa, tövhidə və Allahpərəstliyə dəvət etmişdi. Ancaq 40 il ərzində iki nəfəri hidayət edə bilmişdi: onlardan biri abid digəri isə alim bir şəxs idi. Həzrəti Yunisin azğınlıqda həddini aşmış camaata nifrin etməsi və gəmiyə minib məntəqəni tərk edərək İlahi imtahana və əzaba düçar olması ətraflı şəkildə Qurani-Kərimdə izah olunub. Ancaq mən o rəvayəti danışmamışdan öncə siz əzizlərə oxuduğum ayədə olan 4 əsas nöqtəyi sizə çatdırmaq istəyirəm:
1. Birinci nöqtə. Fənada fi zulumat فَنَادَى فِي الظُّلُمَاتِ (Həzrəti Yunis (ə¬) qaranlıqların içindən Allahı səsləyirdi) bilirik ki, zülumat kəlməsi- zülmət kəlməsinin cəmidir, yəni ən azı üç qat zülmətə deyir:
1) balıgın qarnı, 2) dəryanın dibi, 3) gecənin qaranlığı – yəni bütün ümidlərin tükəndiyi və bəndənin ancaq öz Pərvərdigarına sığındığı an.
2. İkinci nöqtə. Ən la İlahə illa ənt أَن لَّا إِلَهَ إِلَّا أَنتَ (Səndən başqa məbud yoxdur). Yəni tövhidi və Allahın təkliyini iqrar etmək.
3. Üçüncü nöqtə. Subhanəkə سُبْحَانَكَ (İlahi, Sən paksan). Yəni Allaha təsbih demək və Onu paklıqla zikr etmək.
4. Dördüncü nöqtə. İnni kuntum minəz-zalimin إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ (Həqiqətən mən zalimlərdən oldum). Yəni öz günahlarını Böyük Yaradının qarşısında etiraf etmək.

Bilirik ki, Peyğəmbərlərin heç biri günah işləməyiblər və hamısı məsumdurlar. Ancaq Həzrəti Yunis (ə) neyləmişdi ki, onu zülm sayırdı?
Buna iki səbəb sayırlar:
1) bəziləri buyurur ki, gəmi təlatümə düşdüyü zaman Peyğəmbər başqa qurbanlıq axtarmadan, püşk atmadan özünü ümmətə fəda etməliydi...
2) Yunis (ə) o azğın camaata nifrin etdikdən sonra tez məntəqəni tərk edərək səfərə çıxdı, halbuki, əzab nazil oluncaya qədər təbliğ ilə məşğul olmalıydı, şayəd xalq və ya kimsə hidayət olardı. Lakin Həzrəti Yunis (ə) əzabın başlamasını gözləmədən həmin abid və alimi də özü ilə götürərək gəmiyə minib oradan uzaqlaşdı.

Rəvayətin davamı ..

Amma ən maraqlı sonrakı ayədir “fəstəcəbna ləhu və əncəynahu minəl ğəmm...”
فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ

Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
Allah taala Yunis (ə)-ın bu üçşaxəli müraciətindən sonra onun duasını qəbul edərək balığa əmr etdi ki, Yunis (ə)-ı filan yerdə dəryanın kənarında azad et. Həzrəti Yunis (ə) deyilənlərə görə 3 gün, ancaq Həzrəti Əli (ə)-dan nəql olunan rəvatə görə 9 saat qalmışdı.
Qurani Kərimin buyurduğuna əsasən o Həzrət (ə) balığın qarnından çox əzgin, dərisi zədələnmiş halda çıxdı və Allahın lütfü ilə kədu (boranı) yarandı və Həzrəti Yunis (ə) daha artıq zəifləməsin deyə həmin bitkinin kölgəsində yerləşdirildi.

Ancaq Həzrəti Yunisin hadisəsini danışmaqda məqsədim budur ki, doğrudur bu hadisə o zaman baş verib, lakin İlahi sünnət əbədi və dəyişməzdir, Allah həmişə darda qalıb sidq ilə dua edəni eşıdər və Ona pənah aparanlara sığınacaq verər. Baxın digər Peyğəmbərlərin hadisəsinə, misal üçün, Həzrəti Musa (ə)-ın Fironla olan hadisələrini Mütəal Allah “Şuəra” surəsinin 65-66 ayələrində nümunə gətirir.
(65) وَأَنجَيْنَا مُوسَى وَمَن مَّعَهُ أَجْمَعِينَ (66) ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ

(65) Musaya və onunla birgə olanların hamısına nicat verdik. (66) Sonra o biri dəstəni (suda) qərq etdik.
Firon Həzrəti Musa və ona iman gətirənlərə istədikləri yerə köçməklərinə fürsət vermişdi, lakin sonra fikrini dəyişərək onarı təqib etmək qərarına gəldi. Həzrəti Musa (ə) müəyyən olamamış istiqamətə qaçmağa başladı. Nəhayət Firon arxadan gəlib çatdı, öndə isə dəniz varıydı. Həzrəti Musa (ə) qəlbinin dərinliklərindən Allahı səslədi, Allah taala buyurdu əlindəki əsanı yerə vur və o an Allahın mərhəmətindən dərya ikiyə bölündü, su dalğaları möhkəm bir dağlar kimi iki tərəfə yığışmışdı. Belə ki, təfsir alimləri buyurur ki, Həzrəti Musa (ə) və onun tərəfdarlarının ayaqlarının altından toz qalxırdı. Elə ki, Həzrəti Musa (ə)-ın tərəfdarlarının sonuncusu sudan çıxdı su öz yerinə axmağa başlayaraq Firon və tərəfdarlarını qərq etdi.
Daha sonra Uca Yaradan bizim Peyğəmbərə (s) xüsusi olaraq buyurur: “Yunis” surəsi 103
(103) ثُمَّ نُنَجِّي رُسُلَنَا وَالَّذِينَ آمَنُواْ كَذَلِكَ حَقًّا عَلَيْنَا نُنجِ الْمُؤْمِنِينَ
(103) Sonra (bəla nazil olan zaman) elçilərimizə və iman gətirənlərə nicat veririk. (Bütün əsr və mühitlərdə) möminlərə bu cür n öhdəmizə götürdüyümüz kimi nicat veririk.
Nəticə:
Hər kəs bu ayədə buyuruluduğu kimi dua etdiyi zaman üç şərtə əməl edərək Həzrəti Yunis kimi üçşaxəli dua etsə mütləq Allah onun duasını qəbul edər.

Doğrudur ki, məsumlardan duanın qəbul olunması üçün bir çox şərtlər sayıblar.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930