Həm pis ruhani, həm pis sənətkar var!
Mьəllif: admin1
Tarix: 10-08-2015, 16:58
Bцlmə: Xəbərlər
Həm pis ruhani, həm pis sənətkar var!

Əziz qardaşımız buyurdu ki, pis ruhanimiz olmadığı kimi, pis sənətkarımız da yoxdur. Amma əslində hər iki təbəqədən olan pis adamımız var; həm pis ruhani, həm pis sənətkar. Ruhani, axund və müctəhid də olan, lakin hakim və istismarçıların aləti olan ruhanilər xalqın evini yıxdılar; bizim də evimizi yıxdılar. Məgər bunlardan bizdə az olmuşdur?! Mən bir dəfə dərdləşmək üçün Məşhəddən imama bir məktub yazdım, dedim ki, bir neçə tərəfdən təzyiq altındayıq: biri SAVAK tərəfindən, biri filan məsələ tərəfindən, biri də öz libasımızda olan bəzi şəxslər tərəfindən. Mən həmin məktubu çox zəhmətlə ona göndərdim. O cavabda belə yazmışdı: "Burada da elədir".

Pis sənətkarımız da var; hətta xain və bədxah sənətkarlarımız da var. Amerikalı yazıçı Con Steynbek əvvəlcə "Qəzəb salxımları" kitabını yazmış və dəyərli işlər görmüşdü. Mən onun həyatı barədə oxudum ki, son zamanlarda, hamının əvvəlki işləri kimi əsərlər təqdim etməsini gözlədiyi halda gedib tam əksini etmişdir. Sonra bəlli oldu ki, kompaniyalar onu görüb və pul veriblər. Bizdə bu qəbildən olanlar vardır belə deyil ki, bizdə olmayıb. Bizdə incəsənət sahəsində elə adamlar vardı, o qədər dindar və sərt idilər ki, biz deyirdik kaş onlar kimi olaydıq. Sonra birdən gördük ki, ümumiyyətlə ayrı cür oldular və 180 dərəcə çevrildilər. Yaxşı sənətkar, pis sənətkar; hər növü varımızdır. Mühüm budur ki, sənətin istiqaməti qorunsun və ona riayət olunsun.

Ali Lider Ayətullah Seyyid Əli Xamenei /
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930