Xubriqanın sünni nümayəndəsi: İslami camiə ixtilafla mübarizə aparmalıdır
İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, Moləvi Nəzir Əhməd Salami Xubriqan Məclisində belə bildirib: “Dini camiə ixtilafla mübarizə aparmalı və vəhdətə tərəf çağırış etməlidir. Dünyanın bütün ağıl sahibləri təsdiqləyirlər ki, xalqlar bir-birilərilə mehribançılıqla davransalar və sülh məntiqi dünyaya hakim olsa, səadət dolu bir dünyaya sahib olacağıq. Vəhdət həm də şəriət baxımından vacib və ümumi bir yoldur. Bəşərin kamala çatma yollarından biri vəhdət və barışıqdır. Bəşərin mənafeyi bu yolla təmin oluna bilər”. Mənbə : İslamazeri Oxşar xəbərlər
|