Ümudünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclası öz işinə başladı - Foto
Şəbistan Xəbər Agentliyinin məlumatına əsasən, Ümudünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclası “İslamın məqsədlərinin reallaşmasında birgə inkişaf və iştirak” şüarı və İran prezidentinin iştirakı ilə Tehranda işə başlayıb. İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər Tehranda Ümudünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclasının açılış mərasimində çıxış edib. İclasda İranın tanınmış dini və siyasi şəxsiyyətləri ilə birlikdə dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş qonaqlar da iştirak edirlər. Belə ki, dünynın 130 ölkəsindən 500 qonaq iclasa qatılıb. Assambleyaya 500 daxili qonaq da dəvətlidir. İclaslar dörd gün sürəcəkdir. Burada müxtəlif çıxışlar, ediləcək, fikir mübadiləsi aparılacaq. Bir sıra komissiyalar çərçivəsində də İslam dünyasının problemləri müzakirə ediləcək və həll yolları araşdırılacaqdır. Assambleyanın baş ssesiyasının kənarında “İmam Səccad (ə) konfransı” da təşkil ediləcəkdir. Orada iştirakçılar komissiyalar çərçivəsində İmam Səccadın (ə) həyat və fəaliyyəti barədə araşdırmalar aparacaq və “Səhifeyi- Səccadiyə”nin siyasi motivləri üzərdə diskusiyalara girəcəklər. Oxşar xəbərlər
|