Şiə-sünni qardaşdır, vətəni bölmərik
İraqın paytaxtı Bağdadda parlamentin ləğv edilməsini və məhkəmə islahatını tələb edən minlərlə insan Təhrir Meydanında toplaşıb. İslaminsesi.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayişçilər Ayətullah Əli əs-Sistani ilə baş nazir Heydər əl-İbadinin plakatlarını qaldıraraq “Ey İbadi irəli get, yolunu heç vaxt dəyişmə”, “İbadi, hamımız səninləyik, dəmir yumruqla vur”, “Sünnü-şiə qardaşdır, bu vətəni bölmərik” şüarlar səsləndirilib. İraqda elektrik fasilələri və digər xidmət sahələrində çatışmazlıqlara etiraz edilməsi, məhkəmə islahatı və pozuntularla mübarizə tələbi ilə başda paytaxt Bağdad olmaqla, Diyala, Kərkük, Babil, Nəcəf, Kərbəla, Kut, Amara, Nasıriyyə, Divaniyyə və Bəsrə kimi böyük şəhərlərdə hər cümə mitinqlər keçirilir. Oxşar xəbərlər
|