Xristian yazar müsəlman qızını Quranı sevməyə səslədi
Məşhur yazar Paulo Koelyo facebook sosial şəbəkəsində müqəddəs kitabımızın şəklini paylaşıb və haqqında xoş sözlər yazıb. İslaminsesi.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, braziliyalı yazar facebook səhifəsində müqəddəs kitabımızın, Quranın fotosunu paylaşaraq şərh yerinə “Dünyanı dəyişdirən kitab” yazıb. Hiba B.Dakkak adlı ərəb qızı statusun altında Quran haqqında “Düzdür, şiddət və qırğınların qaynağıdır” yazıb. Dünyaşöhrətli yazar P. Koelyo ona sərt cavab verib. “Bu doğru deyil. Mən xristianam və biz əsrlər boyunca öz inancımızı qılınc ilə yaymağa çalışdıq. Xaçlılar (Xristianlar) sözünə lüğətdə baxın. Qadınları öldürürdük, onlara cadugər dedik və elmi qadağan etməyə çalışdıq. Qalileyi yandırdığımız kimi. Ancaq bütün bunlar dinlərin problem deyil, dinləri istismar edənlərin problemidir”. Oxşar xəbərlər
|